Qərbi Kaspi Universiteti

Layihənizi Birləşmiş Ərəb Əmirliklərində - COP28-də nümayiş etdirin

Layihənizi Birləşmiş Ərəb Əmirliklərində - COP28-də nümayiş etdirin

Layihənizi Birləşmiş Ərəb Əmirliklərində - COP28 (2023 United Nations Climate Change Conference) zamanı nümayiş etdirin.
Müraciət üçün son tarix: 06.08.2023
Bu il dekabr ayında dünyanın aparıcı qurumları dövrümüzün ən aktual problemlərini həll etmək üçün bir araya gələcəklər. Praktik həlləri olan unikal tərəfdarlar qrupuna qoşulun – Layihənizi İnsanlıq üçün Prototiplər (Prototypes for Humanity) layihəsində nümayiş etdirin!
Müraciət çox sadə, meyarlar geniş və əhatəlidir: bütün fənlər və universitetlər arasında sosial və ekoloji problemləri əhatə edən innovativ layihələr.
Proqram tamamilə ödənişsizdir, 100 layihə bu il dekabrda Dubayda COP28 zamanı iştirak etməyə dəvət olunacaq və hər bir iştirakçı universitetdən hər aparıcı tələbə və professor üçün subsidiyalaşdırılmış səfərlər nəzərdə tutulub.
Proyektin üstünlüklərə aşağıdakılar daxildir:
- COP28 zamanı tələbələr və professorlar üçün Dubaya ödənişli səfər
- Tələbələr və professorlar üçün 100.000 dollar mükafat
- Qlobal reklam
- Təsir innovatorları üçün başlanğıc proqramı
Ətraflı məlumat: