Azərbaycan dili və ədəbiyyatı
Azərbaycan dili və ədəbiyyatı kafedrası filologiya və tərcümə məktəbinin bir hissəsidir. Kafedranın akademik tərkibinə 2 dosent, 3 filologiya üzrə fəlsəfə doktoru, 4 müəllim daxildir. Kafedrada tələbələrə Azərbaycan dilinin fonetik, leksik, qrammatik quruluşunun müasir səviyyəsini, eləcə də dilimizin tarixi inkişafını öyrədən fənlər tədris edilir. Fənlər nəzəri və praktiki səciyyə daşıyır. Fənlər əsasında dilin və dilçiliyin aktual məsələləri, dilin mahiyyəti və funksiyaları, dilçiliyin tədqiqat metodları, eləcə də dilin daxili strukturu ilə bağlı məsələlər araşdırılır. Ədəbi dil ilə yanaşı, Azərbaycan dili dialektləri də öyrədilir ki, bu da dilimizin tarixi inkişafını əks etdirmə baxımından əhəmiyyət kəsb edir. Fənlərdən “Turkologiya” kursu türksistemli dillərin dünya dilləri içərisində yerini müəyyənləşdirir.Kfedrada tədris edilən “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni isə Qərbi Kaspi Universitetinin bütün fakültələri və ixtisaslarında tədris edilir.
Ədəbiyyat üzrə tədris edilən fənlər Azərbaycan ədəbiyyatının ən qədim dövründən başlayaraq müasir dövrə qədər keçdiyi inkişaf mərhələlərini əhatə edir. Bununla yanaşı tələbələr Avropanın, Amerikanın, Rusiyanın və digər ölkələrin tanınmış ədəbi xadimləri ilə tanış olurlar.
Azərbaycan dili və ədəbiyyatı kafedrasında tədris edilən fənlərin siyahısı
- Azərbaycan dilinin üslubiyyatı və nitq mədəniyyəti
- Üslubiyyat və ritorika
- Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
- Öyrənilən əsas dil-1(Azərbaycan dilinin fonetikasi)
- Öyrənilən əsas dil-2(Azərbaycan dilinin leksikası)
- Öyrənilən əsas dil-3(Azərbaycan dilinin morfologiyası)
- Öyrənilən əsas dil-4(Sintaksis-1)
- Öyrənilən əsas dil-5(Sintaksis-2)
- Ölkə ədəbiyyatı tarixi-1 (XII əsrə qədərki Azərbaycan ədəbiyyatı)
- Ölkə ədəbiyyatı tarixi-2 (XII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı)
- Ölkə ədəbiyyatı tarixi 3(XIX əsr Azərbaycan ədəbiyyatı)
- Ölkə ədəbiyyatı tarixi-4 (XX əsrin əvvəlləri və xalq Cümhuriyyəti dövrü Azərbaycan ədəbiyyatı)
- Ölkə ədəbiyyatı tarixi-5(1920-1991-ci illər Azərbaycan ədəbiyyatı)
- Ölkəşünaslıq
- Ədəbiyyatşünaslığa giriş
- Şifahi xalq ədəbiyyatı
- Ədəbiyyat nəzəriyyəsi
- Dünya ədəbiyyatı-1 (Antik və orta əsrlər dövrü)
- Dünya ədəbiyyatı-2 (Yeni dövr)
- Dünya ədəbiyyatı-3 (20-21-ci əsr Avropa,Amerika ədəbiyyatı)
- Dünya ədəbiyyatı-4(Türk,Şərq və Şərqi slavyan xalqları)
- Ümumi dilçilik
- Dilçiliyə giriş
- Azərbaycan ədəbi dil tarixi
- Azərbaycan dialektologiyası
- Dil tarixi
- Qədim dil(Türk dili)
- Türkologiya giriş
- Azərbaycan dilinin tarixi qrammatikası
- Ədəbiyyat və milli mədəni kimlik
Seçmə fənn bloku
- Müasir Azərbaycan dili
- Dilçilikdə tədqiqat metodları
- Leksilogiya
- Azərbaycan onomastikası
- Azərbaycan toponimləri.
- Müasir dilçilik təlimləri.
- Türkologiya
- Tarixi qrammatika
- Müqayisəli qrammatika
- Kompüter dilçiliyi
- Azərbaycan ədəbi dilinin tarixi
- Psixolinqivistika
- Ədəbi cərəyanlar
- Mətn sintaksisi
- Bədii mətnin linqvistik təhlili
- Qədim türk yazılı abidələrinin dili
- Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
- Müqayisəli ədəbiyyatşünaslıq
- Əski Azərbaycan yazısı
- Orta əsrlər Azərbaycan yazılı abidələrinin dili
- Mifologiya.
- Rus ədəbiyyatı.
- Mühacirət ədəbiyyatı
- Azərbaycan dialektologiyası
- Sintaksisin aktual problemləri
- Etnolinqivistika.
- Ədəbi tənqid
- Azərbaycan dramaturgiyası
- Türk xalqlarının ədəbiyyatında türk mifologiyası.
- Bədii mətnin linqvistik təhlili
- Müasir dilçilik təlimləri
- Bədii mətnin poetik təhlili
- Uşaq ədəbiyyatı
- Azərbaycan ədəbiyyatında ədəbi məktəblər
- Azərbaycan ədəbi tənqid tarixi
- Yeni Avropa ədəbiyyatı
- Folklor araşdırmaları
- Müqayisəli ədəbiyyatşünaslıq
- Azərbaycan dilinin orfoepiya problemləri
- Azərbaycan ədəbiyyatı ümumşərq kontekstində
- Nizami və dünya ədəbiyyatı
- Orta əsr Azərbaycan yazılı abidələrinin dili
- Azərbaycan ədəbiyyatında ədəbi məktəblər
Bizimlə Əlaqə
Ünvan: Azərbaycan, Bakı, İzzəddin Həsənoğlu 4A
İndeks: AZ1001
Telefon: +994 12 567 29 35
Email: department.azerbaijani.language.literature@wcu.edu.az