Qafqaz Xalqlarının Tarixi
Proqram: “Qafqaz xalqlarının tarixi“
Müddət: 2 il
Təhsil proqramı: PDF_Fayl>
Kreditlərin sayı: 120
Təhsil növü: Əyani
Tədris dili: Azərbaycan
Qərbi Kaspi Universitetində “Qafqaz xalqlarının tarixi” ixtisası üzrə magistr pilləsi mövcuddur. “Qafqaz xalqlarının tarixi” magistr ixtisası regionun zəngin, çoxmillətli və mürəkkəb tarixini sistemli şəkildə öyrənməyi qarşısına məqsəd qoyan akademik sahədir. Bu ixtisas üzrə magistratura proqramı, Qafqaz regionunda yaşamış və yaşayan xalqların etnogenezi, sosial-mədəni inkişafı, dövlətçilik ənənələri və qarşılıqlı münasibətlərini dərin elmi metodlarla araşdırmağa yönəlmişdir. “Qafqaz xalqlarının tarixi” magistr ixtisasında “Qafqaz xalqlarının mədəniyyəti (Ən qədim dövrlərdən müasir dövrədək)”, “Qafqaz müasir çağırışlar və yeni təhdidlər şəraitində”, “Qafqaz xalqlarının numizmatikası”, “Qafqaz xalqlarının etnoqrafiyası”, “Qafqaz bölgəsində İlham Əliyevin transmilli layihələrinin həyata keçirilməsində rolu”, “Qafqaz xalqları intibah dövründə(IX-XII əsrlər)”, “1917-1920-ci illərdə Qafqaz xalqlarının ictimai-siyasi vəziyyəti” kimi əsas və seçmə fənlər tədris olunur.
Əsas məqsəd:
“Qafqaz xalqlarının tarixi” magistr ixtisasının əsas məqsədi aşağıdakılardır:
- Regionun tarixi irsinin elmi təhlili;
- Qafqaz xalqlarının qədim dövrlərdən müasir dövrədək tarixi inkişafının hərtərəfli və obyektiv öyrənilməsi;
- Milli və regional identikliklərin formalaşması;
- Qafqaz xalqları arasında milli şüurun təşəkkülü, etnik identiklik və multikultural proseslərin tarixi əsaslarını tədqiq etmək.
Elmi kadr hazırlığı:
Tarix elmi sahəsində yüksək ixtisaslı, müstəqil tədqiqat aparmaq bacarığına malik kadrların yetişdirilməsi.
Əsas vəzifələri:
- Elmi-tədqiqat bacarıqlarının aşılanması;
- Magistrantlara akademik yazı, elmi araşdırma metodlarını, mənbəşünaslıq və tarixşünaslıq analiz metodlarını öyrətmək;
- Tarixi mənbələrin tədqiqi;
- Arxiv sənədləri, epigrafik materiallar, etnoqrafik məlumatlar və yazılı mənbələr üzərində iş aparmaq.
Multidissiplinar yanaşmaların tətbiqi:
Tarixlə yanaşı antropologiya, numizmatika, arxeologiya, dilçilik və siyasi elmlər kimi sahələrlə inteqrasiya edilmiş tədqiqat aparmaq.
Tədris və maarifləndirmə fəaliyyəti:
İxtisaslı müəllim, mütəxəssis və analitik kimi fəaliyyət göstərə biləcək kadrların hazırlanması.
Perspektivlər:
- Regional və beynəlxalq əlaqələrin genişləndirilməsi;
- Qafqaz tarixi ilə bağlı aparılan beynəlxalq layihələrdə iştirak etmək, xarici universitetlərlə əməkdaşlıq qurmaq;
- Yeni elmi mənbələrin aşkarlanması və intiqrası;
- Regionun tarixini əks etdirən yeni arxiv materiallarının araşdırılması və tədris prosesinə daxil edilməsi;
- İxtisaslaşdırılmış simpozium, konfrans və seminarların təşkili;
- Qafqaz tarixi üzrə və tədris edilən fənlərə uyğun mütəxəssislərin iştirakı ilə elmi tədbirlərin təşkili ;
- Elektron resursların və rəqəmsal arxivlərin yaradılması;
- Qafqaz xalqlarına dair məlumatların rəqəmsal bazalarda toplanması və araşdırma imkanlarının artırılması;
- İnnovativ tədris metodlarının tətbiqinin gücləndirilməsi;
- Virtual laboratoriyalar, interaktiv xəritələr və müasir texnologiyalar əsasında tədris metodikasının yenilənməsi.
Magistr pilləsini bitirib diplom almaq üçün magistrantlar elmi-tədqiqat və elmi-pedoqoji təcrübəsi keçməli, götürdükləri mövzular üzrə magistr dissertasiyası müdafiə etməlidirlər.
Karyera imkanları:
Qafqaz xalqları təhsil proqramının məzunları Azərbaycan Milli Elmlər Akademiyasının aidiyyatı üzrə institutlarında tədqiqatçı və müxtəlif universitetlərdə müəllim kimi işləyə bilərlər.
Nəticə
Qafqaz xalqlarının tarixi üzrə magistr ixtisası, regionun mürəkkəb etno-siyasi və mədəni proseslərini sistemli şəkildə tədqiq etməklə, həm elmi sahəyə, həm də praktiki-siyasi müstəviyə dəyərli töhfələr verir. Bu proqram təkcə keçmişin deyil, həm də bu günün və gələcəyin daha dolğun anlaşılması üçün mühüm elmi platformadır.