Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Əməkdaşlarımız "Scopus" və "ScienceDirect" bazalarından istifadə ilə bağlı təlimdə iştirak ediblər

Əməkdaşlarımız "Scopus" və "ScienceDirect" bazalarından istifadə ilə bağlı təlimdə iştirak ediblər

Əməkdaşlarımız "Scopus" və "ScienceDirect" bazalarından istifadə ilə bağlı təlimdə iştirak ediblər

Dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” tərəfindən elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin əməkdaşlarına təlim keçirilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşklilatçılığı ilə keçirilən təlimi "Elsevier" şirkətinin nümayəndəsi Saide Sak aparıb. Təlimdə"Scopus" və "ScienceDirect" bazalarından istifadə üzrə nəzəri və praktik məlumatlar diqqətə çatdırılıb.

Təlimdə Qərbi Kaspi Universitetinin Elmi işlər üzrə prorektoru PhD. Səltənət Ağayeva, Elm və İnnovasiyalar departamentinin müdiri PhD. Gülnarə Məmmədova iştirak ediblər.