Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Professor Misir Mərdanovun tələbələrimiz üçün seminarı olub

Qərbi Kaspi Universitetində AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1919-cu ildə dünyanın nüfuzlu universitetlərində dövlət hesabına ali təhsil almaq üçün göndərdiyi tələbələrdən biri, İrəvan Gimnaziyasının 1916-cı il məzunu, 1918-ci ildə Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuş, bir il orada oxuduqdan sonra, imtahan verərək Petrovsk-Razumovski akademiyasına keçmiş, sonra maddi ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq Bakıya gəlmiş, daha sonra İtaliyanın Peruca şəhərindəki Kənd Təsərrüfatı İnstitutuna qəbul olaraq, oranı 1923-cü il bitirmiş, mənalı ömrünün 12 ilini Sibirdə və Qazaxıstanda sürgündə keçirmiş, həyatının sonuna qədər Azərbaycan elminə şərəflə xidmət etmiş, seleksiyaçı genetik alim, professor Əhməd Rəcəblinin həyat və fəaliyyətindən bəhs edən mühazirə ilə çıxış edib.

Daha sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb və universitetin kitabxanasına müəllifi olduğu bir sıra kitablar hədiyyə edib.