Qərbi Kaspi Universitetində “İnsan resursları" proqramı üzrə xüsusi kurs təşkil olunacaq
Qərbi Kaspi Universitetində tələbələr üçün “İnsan resursları' proqramı mövzusunda xüsusi kurs keçiriləcək. Kursun məqsədi tələbələrin bu sahədə nəzəri biliklərini artırmaq, müasir yanaşmalarla tanış olmalarını təmin etmək və gələcək peşə fəaliyyətlərinə hazırlıqlarını gücləndirməkdir.Təlimi Daşkənd Dövlət İqtisad Universitetinin professoru, insan resursları sahəsində geniş beynəlxalq təcrübəyə malik olan Gülnora Maratovna Bekimbetova aparacaq. Professor Bekimbetova tələbələrlə insan resurslarının planlaşdırılması, işə qəbul prosesləri, motivasiya və performansın qiymətləndirilməsi kimi mövzular üzrə faydalı bilik və nümunələri paylaşacaq.Kurs universitetin müxtəlif ixtisaslarında təhsil alan tələbələr üçün açıqdır və iştirakçılara kurs sonunda müvafiq sertifikat təqdim olunacaq.