Qərbi Kaspi Universitetinin tələbələri Baytarlıq Elmi Tədqiqat İnstitutunda oldular
Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müdiri b.ü.f.d. Ayaz Məmmədov, kafedranın müəllimləri b.ü.f.d. Mahmud Hümbətov və Lamiə Yaralıyeva, eləcə də “Su bioehtiyatları və akvakultura” ixtisasının 3-cü kursunda təhsil alan 232 SBİO qrupunun tələbələri Baytarlıq Elmi Tədqiqat İnstitutuna (BETİ) tədris səfəri həyata keçiriblər.
Səfər çərçivəsində tələbələr institutun “Arı və balıq xəstəlikləri” şöbəsinin müdiri, b.ü.f.d., dosent Afət Süleymanovanın təqdimatında balıqların invazion və infeksion xəstəlikləri haqqında əyani nümunələr üzərində ətraflı məlumat alıblar. Praktiki məşğələlərlə müşayiət olunan təqdimat tələbələr üçün böyük maraq doğurub.
Bundan əlavə, səfər zamanı tələbələr Baytarlıq ETİ-nin nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikası və onun laboratoriyalarında aparılan iş prosesi ilə də tanış olublar. Tələbələrə laboratoriyalarda istifadə olunan avadanlıqlar və diaqnostik metodlar haqqında ətraflı məlumat verilib.
Səfərin sonunda BETİ-nin direktoru, aqrar e.ü.f.d., dosent Sialə Rüstəmova tələbələrlə görüşərək onlara uğurlar arzuladı və bu cür tədris səfələrinin onların peşəkar inkişafı və praktiki biliklərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdğını qeyd etdi.










