Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin III kurs tələbəsi Aysu Məhərrəmova “Aerokosmik Modelçilik Festivalı – Aerospace Azerbaijan 2026” çərçivəsində keçirilən Startup müsabiqəsində I yerə (qız
“Aerokosmik Modelçilik Festivalı” ölkəmizdə aerokosmik texnologiyalar, innovasiya və mühəndislik sahəsində fəaliyyət göstərən gəncləri bir araya gətirən, 12 yarış kateqoriyasını əhatə edən milli festivaldır. Festival iştirakçılara innovativ layihələrini təqdim etmək, texniki bilik və bacarıqlarını nümayiş etdirmək, eləcə də sənaye nümayəndələri və ekspertlərlə əməkdaşlıq imkanları yaratmaq məqsədi daşıyır.
AeroSea Guardian layihəsi hava və sualtı mühitlərdə yerləşən strateji obyektlərin avtonom monitorinqi üçün hazırlanmış süni intellekt əsaslı
təhlükəsizlik və inspeksiya platformasıdır. Layihə avtonom hava dronu, sualtı inspeksiya robotu və vahid süni intellekt idarəetmə platformasını özündə birləşdirir. Sistem müxtəlif sensorlar və IoT cihazlarından əldə olunan məlumatları analiz edərək riskləri müəyyənləşdirir və real vaxt rejimində operatora operativ xəbərdarlıq göndərir.
Tələbəmiz Aysu Məhərrəmovanı və komanda üzvlərini bu əlamətdar uğur münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

