Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • QKU-da beynəlxalq elmi-praktik konfrans keçirilib : “Qlobal çağırışlar və perspektivlər: Rəqəmsallaşma Dövründə Ekoloji və Dayanıqlı Urban Sistemlər”

QKU-da beynəlxalq elmi-praktik konfrans keçirilib : “Qlobal çağırışlar və perspektivlər: Rəqəmsallaşma Dövründə Ekoloji və Dayanıqlı Urban Sistemlər”

Qərbi Kaspi Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qlobal çağırışlar və perspektivlər: Rəqəmsallaşma Dövründə Ekoloji və Dayanıqlı Urban Sistemlər” mövzusunda beynəlxalq multidissiplinar elmi-praktik konfrans keçirilib.

Açılış mərasimində Qərbi Kaspi Universitetinin rəhbərliyi çıxış edərək konfransın əhəmiyyətindən, rəqəmsallaşma dövründə ekoloji dayanıqlılığın təmin olunmasının vacibliyindən və urban sistemlərin inkişaf perspektivlərindən danışıb.

Plenar iclasda Milli Məclisin deputatları Elnarə Akimova və Aydın Mirzəzadə çıxış ediblər. Bildirilib ki, müasir dövrdə rəqəmsallaşma prosesləri şəhər mühitinin idarə olunmasında, ekoloji təhlükəsizliyin təmin edilməsində və dayanıqlı inkişaf strategiyalarının formalaşdırılmasında mühüm rol oynayır. Bu baxımdan, elmi yanaşmaların və innovativ texnologiyaların tətbiqi urban sistemlərin daha səmərəli və təhlükəsiz şəkildə inkişafına geniş imkanlar yaradır.

Öz növbəsində Qərbi Kaspi Universitetinin İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru, Anadolu Universitetinin professoru Cem Işık, Qərbi Kaspi Universitetinin İnformasiya Texnologiyaları kafedrasının professoru, Electrical and Computer Engineering departamenti, Hawassa Universiteti professoru Baseem Khan, habelə TeleRadio Akademiyasının rektoru Almaz Mahmud, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri İntiqam Cəbrayılov, Qərbi Kaspi Universitetinin Ekologiya və Ətraf Mühit kafedrasının müdiri, professor Aydın Yəhyayev məruzələrlə çıxış ediblər.

Diqqətə çatdırılıb ki, QKU-da rəqəmsal texnologiyalar, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətlərində aparılan tədqiqatlar müasir çağırışlara uyğun şəkildə davam etdirilir və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi prioritet istiqamətlərdən biridir.

Konfrans çərçivəsində ali təhsil müəssisəsində həyata keçirilən elmi-tədqiqat işləri, rəqəmsal texnologiyaların şəhər mühitinə inteqrasiyası, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik və “ağıllı şəhər” konsepsiyaları üzrə aparılan multidissiplinar araşdırmalar geniş elmi ictimaiyyətə təqdim olunub. Tədbirdə əldə edilən elmi nəticələr müzakirə edilib, onların praktiki tətbiq imkanları və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.