QKU-nun Təbiət Elmləri kafedrasının tədqiqatçısı, professor Rashid Iqbal ən nüfuzlu alimləri sırasında...
Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının tədqiqatçısı, “Life Sciences Research Center”in (Həyat Elmləri Araşdırma Mərkəzi) direktoru, professor Rashid Iqbal dünya elmi ictimaiyyətinin ən nüfuzlu alimləri sırasında yer alıb.
2024-cü ildə Stanford Universiteti tərəfindən hazırlanan beynəlxalq reytinqə əsasən, professor Rashid Iqbal dünyanın ən çox istinad olunan alimlərini əhatə edən nüfuzlu “dünyanın ən çox istinad olunan alimlərinin 2%-i” siyahısına daxil edilib.
Eləcə də alim SciRank Global 2025 reytinqinə əsasən dünyanın ən yaxşı 5%-lik alimləri arasında yer alıb. Bu uğurla bağlı sertifikat 2026-cı ildə professor Rashid Iqbala təqdim olunub.
Professor Rashid Iqbalın H-indeksi 49-dur. Onun elmi fəaliyyəti əsasən biokimya, biologiya və kənd təsərrüfatı elmləri sahələrini əhatə edir.
Qərbi Kaspi Universiteti professor Rashid Iqbalı ürəkdən təbrik edir, elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.
https://scholar.google.com/citations?user=vpfZ1DkAAAAJ&hl=en