Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Stenford Universitetinin professoru tələbələrimizə mühazirə deyib

Stenford Universitetinin professoru tələbələrimizə mühazirə deyib

Qərbi Kaspi Universitetində SABAH.academy tərəfindən təşkil olunan “Sahibkarlığa giriş” fənni çərçivəsində “Məhsul prototipi yaradılması və müştəri inkişafı prosesi” mövzusunda mühazirə keçirilib.

Mühazirə Stenford Universitetinin professoru Maykl Lepek tərəfindən aparılıb. Baş tutan sessiya sahibkarlıq səyahətində mühüm addımlardan biri olan məhsul prototipinin yaradılmasına diqqət yetirmək və biznes ideyalarını doğrulamaq və təkmilləşdirmək üçün potensial müştərilərin ehtiyaclarını, üstünlüklərini və davranışlarını təhlil etmək məqsədi daşıyıb. Tələbələr məhsullarının effektiv şəkildə prototipini yaratmaq üçün əsas texnika və alətləri öyrəniblər.

Qeyd edək ki, Maykl Lepek ABŞ-da yerləşən Stenford Universitetinin “İnşaat və Ətraf Mühit Mühəndisliyi” professoru və “Woods” Ətraf Mühit İnstitutunun baş əməkdaşıdır. Mayklın tədqiqatı davamlılıq indikatorlarının mühəndislik dizaynına inteqrasiyasına yönəlib.

Təlimçi qismində o, ABŞ, Braziliya, Fransa, Koreya, Cənubi Afrika və Çində maliyyə, liderlik, davamlılıq və sahibkarlıq mövzularında çoxsaylı icraçı və peşəkar təhsil kursları keçib. Həmçinin qabaqcıl tikinti materialları sahəsində apardığı tədqiqatlar əsasında ABŞ və Çində dörd şirkət yaradılıb.