Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələr üçün bullinq və kiberbullinq haqqında təlim keçirilib

Müasir dövrdə bullinq, xüsusilə də kiberbullinq, gənclərin psixoloji və sosial rifahına ciddi təsir göstərən problemlərdən biridir. İnsanların şifahi, fiziki və ya rəqəmsal mühitdə bir-birinə qarşı zorakılıq və təzyiq göstərməsi onların emosional sağlamlığına mənfi təsir edə bilər. Bu səbəbdən, tələbələrin bullinqin nə olduğunu, onun fəsadlarını və ondan qorunma yollarını öyrənməsi vacibdir.

Bu təlimin məqsədi tələbələri bullinq və kiberbullinq haqqında maarifləndirmək, onların bu mövzuda savadlılığını artırmaq və bullinqi adi konfliktlərdən fərqləndirməyi öyrətməkdir. Təlim zamanı tələbələr öz şəxsi məlumatlarını qorumaq, sosial mediada təhlükəsiz davranmaq və kiberbullinqə məruz qaldıqda nə etməli olduqları izah edildi.

Bu təlim tələbələrə bullinq hallarını düzgün qiymətləndirməyi, ondan qorunmağı və sağlam sosial münasibətlər qurmağı öyrətmək üçün nəzərdə tutulub. Məqsəd, zorakılıq hallarının qarşısını almaq və tələbələrə təhlükəsiz və dəstəkləyici bir mühit yaratmaqdır.

Təlimçi Qərbi Kaspi Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Reyhan Əhmədova.