Qərbi Kaspi Universiteti

Elmi tədqiqat

Ekoloji Tədqiqat Mərkəzi

Ekoloji Tədqiqatlar Mərkəzi, Qərbi Kaspi Universitetinin ətraf mühitdə tədqiqat və təhsil fəaliyyətlərini həyata keçirən tədqiqat mərkəzdir.

İstiqamətlər:

  • Universitet daxilində və onun hüdudlarından kənarda ətraf mühit problemləri və onun idarəedilməsi barədə məlumatlılığı artırmaq
  • Yenilikçi, praktik və ekoloji cəhətdən təmiz enerji mənbələrini inkişaf etdirmək
  • Ətraf mühit mövzularında müxtəlif tədqiqat işləri aparmaq

Tədqiqat Mərkəzi, Universitetin Təbiət və Tətbiqi Elmlər, Sosial Elmlər və İqtisadiyyat fakültəsinin müəllimlərini fərqli sahələr ilə ətraf mühitin qarşılıqlı təsirinə əsaslanan tədqiqat layihələri həyata keçirməklə bir araya gətirir. Universitet tələbələri ekskursiyalarda iştirak etməkdə, fikir mübadiləsi aparmaqda, müsabiqələr üçün uyğun mövzuda inşa yazmaqdə və s. fəal iştirak edirlər.

Qərbi Kaspi Universitetinin Ekoloji Araşdırmaları Mərkəzinin təhsil və praktiki sahələri genişləndirmək üçün dünya tədqiqat qurumları ilə əməkdaşlıq edəcəyi gözlənilir.

Mərkəz həm tələbələr və universitet heyəti, həm də ictimaiyyət üçün fəal şəkildə seminarlar, konfranslar və vebinar təşkil edir.

Konfranslar:

  • “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda dəyirmi masa (15 dekabr, 2009)
  • Ekologiyaya həsr olunmuş konfrans (12 noyabr, 2010)
  • IDEA – Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq Kampaniyasının tələbələrlə görüşü (20 noyabr, 2012)
  • “Çirkləndiricilərin Atılması və Yayılması üzrə Registr (ÇAYR)” haqqında seminar (1 dekabr, 2013)
  • IDEA ekoloji kampaniyası (4 aprel, 2013)
  • “Su Ehtiyatlarının İnteqrasiyalı İdarəçiliyi (SEİİ) üçün Məlumatların İdarəçiliyi” mövzusunda seminar (3 oktyabr, 2017)
  • Bakı Yay Ətraf Mühit Məktəbi (12 iyul, 2018)
  • “Şəhər Mühitində Videoekologiya Problemləri” mövzusunda konfrans (Noyabr, 2018)
  • “Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası” Multidisiplinar Beynəlxalq Konfrans (21 iyul, 2020)

 

Bizimlə Əlaqə:

Ünvan:Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

İndeks:AZ1072

Telefon:+994 12 565 39 74

@: environmental.research@wcu.edu.az