Qərbi Kaspi Universiteti

Elmi tədqiqat

Tədqiqat-Koordinasiya Mərkəzi

Universitetimizin Tədqiqat-Koordinasiya Mərkəzi tələbə, magistr və doktorantları, eləcə də universitetin müəllim və araşdırmaçı heyətinə akademik və elmi fəaliyyətlərində dəstək olmaq məqsədi daşıyır. Mərkəz bu istiqamətdə əsasən aşağıdakı istiqamətlərdə iş aparır: informativ dəstək, təşkilati dəstək. İnformativ dəstək elmi iş strategiyaları və standartları ilə bağlı training və workshop-ların keçirilməsi, magistr və doktorantlar üçün fəaliyyət sahələrinə uyğun konsultasiyaların təşkili, beynəlxalq elmi konfranslarda iştirak imkanları haqqında informasiyanın təmin edilməsi, həm universitetin elmi jurnalında həm də beynəlxalq elmi mətbuatda çap olunmaq istiqamətində məlumatlandırma işləri, elmi layihələr üçün maliyyələşmə perspektivləri, akademik və elmi araşdırma sahəsində beynəlxalq nüfuzlu fondlar və onların resurslarına çıxış imkanları haqqında məlumat və bu kimi işlərdən ibarətdir.Təşkilati dəstək işlərinə universitetin elmi-araşdırmaçı heyəti arasında ünsiyyət və şəbəkələşməyə dəstək, digər universitetlərlə birgə elmi layihələrin koordinasiyası, konfrans və diskussiyaların təşkili, ölkədə və regionda fəaliyyət göstərən araşdırma mərkəzləri ilə əməkdaşlığın təşkili və s. daxildir. Mərkəz həmçinin tələbələr üçün esse yarışları, diskussiya və qiraət seminarları keçirir.