Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Bilal Əlizadə

f.ü.f.d, dosent

Fəlsəfə, Tarixin fəlsəfəsi, Sosial fəlsəfə, Multikultralizmə giriş

+994 12 492 74 18

bilal.elizade@wcu.edu.az

Bilal Əlizadə 01 sentyabr 1958-ci ildə Cəlilabad rayonun Allar kəndində anadan olub.

1976-1980-ci illərdə indidki Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. 1987-1990-cı illərdə Bakı Dövlət Universitetində “Fəlsəfə” ixtisası üzrə əyani aspirantura, 1990-cı il may ayında Bakı Dövlət Universitetində  ixtisaslaşdırılmış Elmi Şurada “İstehsal kollektivinin peşə-ixtisas strukturivi təkmilləşdirilməsinin ziddiyyətləri” mövzusunda fəlsəfə doktoru elmi adı alıb. 2006- cı ildən Ali Attestasiya Komissiyasının qərarı ilə  “dosent” elmi adı verilibdir.

Bu günədək 50-dən çox məqalə, metodik vəsait və proqramların müəllifidir. Xaricdə 2 məqalə nəşr olunub.Yerli və respublika əhəmiyyətli konfranslarda iştirak etmişdir. “Tarix fəlsəfəsi” dərs vəsaitinin müəllifidir.

2024-cü ilin yanvarından Qərbi Kaspi Universitetinin “Fəlsəfə” kafedrasında kafedra müdiri  vəzifəsində çalışır.

Tədris istiqaməti: Fəlsəfə, Tarixin fəlsəfəsi, Sosial fəlsəfə, Multikultralizmə giriş.