Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Ədilağa Məlikov
Müəllim
Dendrologiya, Meşə əkinləri, Ümumi əkinçilik, Meşəbərpa işləri
+994 12 565 39 74
edilaga.melikov@wcu.edu.az
Ədilağa Məlikov 16.11.1956-cı ildə Azərbaycan Respublikası Cəlilabad şəhərində anadan olmuşdur. 1964-cü ildə Cəlilabad şəhəri Nizami adına 1 saylı orta məktəbinə daxil olub, oranı 1974-cü ildə bitirmişdir. 1974-1979-cu illərdə Leninqrad (hazırki Sankt-Peterburq) Meşə Texniki Akademiyasında təhsil alıb bitirdikdən sonra 1981-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Meşə Təsərrüfatı Komitəsi, 1981-1989-cu illərdə Meşə Təsərrüfatı Nazirliyi, 1989-2001-ci illərdə “Azərbmeşə” İstehsalat birliyi, 13 dekabr 2001-ci il tarixindən 19 iyun 2014-cü il tarixinə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentində müxtəlif (meşəçi, baş meşəçi, direktor, baş məsləhətçi) vəzifələrdə işləmiş, 19 iyun 2014-cü il tarixindən isə “Azəryaşlandşaft” ASC-yə keçirilib. 2021-ci ilin fevralına kimi “Azərlandşaft” ASC-də aparat rəhbəri, fevral-noyabr aylarında yaşıllıqların salınması və landşaft dizaynı şöbəsinin müdiri vəzifələrində çalışıb. 2021- ci ildə Bakı şəhəri və ətraf ərazilərin yaşıllaşdırılmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2022-ci ilin sentyabr ayından Qərbi Kaspi Universitetinin “Təbiət Elmləri” kafedrasında müəllim vəzifəsində çalışmağa başlamışdır. Hazırda isə həmin universitetin “Ekologiya və Ətraf mühit” kafedrasında müəllimlik fəaliyyətini davam etdirir.