Qərbi Kaspi Universiteti

Müəllimlər

Psixologiya Məktəbi

Elgül Ağarzayeva

Müəllim

Ekspremental psixologiya, Gender Psixologiyası, Sosial işin etik prinsipləri, Uşaq və yeniyetmələrlə sosial iş

+994 12 565 39 77

elgul.agarzayeva@wcu.edu.az

2009-cı ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakultəsinin “Psixologiya” ixtisasına daxil olmuş və 2012-ci ildə həmin fakultənin bakalavr pilləsini bitirmişdir. 2012-ci ildə Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasının “Sosial psixologiya” ixtisasının magistratura pilləsinə daxil olmuş və 2014-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasının “Sosial psixologiya” kafedrasının saat hesabı müəlliməsi olaraq fəaliyyətə başlamışdır. 2012-2015- ci illə ərzibndə orada çalışmış, daha sonra bir sıra fəaliyyətini bir sıra özəl və dövlət orqanlarında davam etmişdir. 2015-2019-cu illər ərzində Vealaser klinikasında “İnsan resursları üzrə menecer”,2019-2021–ci illər ərzində “Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatı”nda İnzibati şöbənin mütəxəssisi, 2021-2023 – cü ilər ərzində “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi”nin İnsan Resursları şöbəsinin mütəsəssisi vəzifəsində çalışmışdır. Eləcə də 2021 – ci ildə “Gənclər və İdman Nazirliyi”nin layihəsi olan“Yüksəliş müsabiqəsi”nin Qiymətləndirici ekspertidir.2023-cü ildən Qərbi Kaspi Universitetisinin “Psixologiya və Sosial iş” kafedrasının tam ştatlı müəllimi olaraq fəaliyyət göstərir.

Yerli və xarici olmaqla çoxsaylı emi konfrans və təlimlərdə iştirak etmişdir. Bunlar arasında Beynəlxalq Qırmızı Xaç Komitəsi, İsrail Dövlət Arial Universiteti,İstanbul Universiteti və s. var.5 elmi məqalə, 1 tezis, eləcə də 1 tərcümə kitabıb müəllifidir.