Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Elnarə Qazı-zadə

Siyasi və ictimai elmlər məktəbinin dekan müavini, dosent

Azərbaycan Respublikasının xarici siyasəti, İnteqrasiya prosesləri və beynəlxalq təşkilatlar, Müasir inteqrasiya prosesləri

+994 12 565 39 77

elnara_qazizade@wcu.edu.az

Qazı-zadə Elnara Adil qızı  Azərbaycan Dövlət Universitetinin “Tarix” fakültəsində ali təhsil almışdır. Azərbaycan Dövlət Universitetini Tarix, tarixçi və ictimai fənlər müəllimi ixtisası üzrə  bitirmişdir. 1979-cu ildən Azərbaycan Respublikası Nazirlər kabineti yanında Xarici Turizm İdarəsində məsləhətçi, baş məsləhətçi, direktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 2007-ci ildən  Qərbi Kaspi Universitetinin “Politologiya və Beynəlxalq münasibətlər” kafedrasının müəllimi,baş müəllim, dosent, kafedra müdirinin müavini, kafedra müdiri, “İngilis və rus dilində tədrisin  təşkili” fakültəsinin dekanı” ,Siyasi və İctimai elmlər” məktəbinin  dekan müavini vəzifələrində çalışıb. Həmçinin  “Politologiya və Beynəlxalq münasibətlər“ kafedrasında dosent  vəzifəsində çalışır. Beynəlxalq və  Respublika  konfranslarında iştirak edib, Scopus indeksli jurnallarda  iki məqalənin müəllifidir.

Ali təhsilin bakalavriat səviyyəsi üçün proqramlar hazırlayıb və redaktoru olub: Azərbaycan Respublikasının xarici siyasəti, Beynəlxalq təşkilatlar, Beynəlxalq  qeyri-hökumət təşkilatları, Müasir inteqrasiya prosesləri və s.