Qərbi Kaspi Universiteti

Müəllimlər

Biznes və idarəetmə Məktəbi

Hikmət Həsənov

Müəllim

Təşkilati İdarəetmə

+994 12 565 39 77

orxan.hesenov@wcu.edu.az

Hikmət Həsənov — 5 ildən artıq biznesin inkişafı, strateji tərəfdaşlıqların qurulması, ünsiyyət və ianələrin cəlbi sahəsində təcrübəyə malik mütəxəssisdir. Strateji təşəbbüslərin həyata keçirilməsi və maraqlı tərəflərlə əlaqələrin idarə olunması sahəsində uğurlu fəaliyyəti ilə seçilir. Dinamik komandaların idarə olunması, eləcə də liderlik bacarıqları ilə inkişaf və innovasiyaya töhfə vermişdir.

2015–2019-cu illərdə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetində “Turizm və Otelçilik” ixtisası üzrə bakalavr təhsili almış, 2019–2021-ci illərdə Macarıstanın Budapeşt Biznes Məktəbində “Turizm Menecmenti” ixtisası üzrə magistr pilləsini başa vurmuşdur. Hal-hazırda Azərbaycan Turizm və Menecment Universitetində “Təşkilati İdarəetmə” ixtisası üzrə fəlsəfə doktoru (PhD) proqramı üzrə təhsilini davam etdirir.

Daha öncə müxtəlif yerli və beynəlxalq təşkilatlarda biznesin inkişafı və ianələrin cəlbi sahəsində mütəxəssis və rəhbər vəzifələrdə çalışmışdır. Təhsil diplomatiyası, beynəlxalq əlaqələr, rəqəmsal bacarıqlar və elmi mühitdə emosional intellekt mövzuları üzrə maraqlara sahibdir. Hal-hazırda Qərbi Kaspi Universitetinin “Turizm və Sahə İqtisadiyyatı” kafedrasında müəllim kimi fəaliyyət göstərir.