Filologiya və Tərcümə Məktəbi

İnci Nəcəfova
Müəllim
+994 12 567 29 35
inci.necefova.2025@wcu.edu.az
İnci Sədrəddin qızı Nəcəfova 31 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayon Arbatan kəndində anadan olmuşdur.
1999-cu ildə Naxçıvan Dövlət Universiteti, Azərbaycan dili və ədəbiyyatı müəllimliyinə qəbul olmuşdur. 2013 Qafqaz Universiteti, Azərbaycan ədəbiyyatı üzrə magistra qəbul olmuşdur. 2015-ci ildə (Qafqaz Universiteti) Bakı Mühəndislik Universitetinə doktoranturaya qəbul olmuşdur.
- Qərbə - elmi-ədəbi müasirliyə doğru irəliləmə yollarında Ə. Hüseynzadə və A. Cövdətin fikir paralellərinə bir nəzər (“Füyuzat jurnalında)
Bakı, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələlər, 2021
- “Füyuzat” jurnalında A. Cövdət və onun V. Şekspir yaradıcılığına münasibəti. AMEA. Naxçıvan Universiteti, Elmi əsərlər jurnalı, 2021
- İ. V. Hötenin “Faust” əsəri Əli bəy Hüseynzadənin və digər müəlliflərin tərcüməsində, Bakı, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri. 2021
- Ə. Hüseynzadənin “Şiller” adlı məqaləsində ədəbi-tənqidi yanaşma, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Axtarışlar jurnalı 2021
- Əli bəy Hüseynzadə və Abdullah Cövdətin qərbçilik görüşləri (“Füyuzat” jurnalında) Konfrans materialı “Ziya İşığında” Ramazan Qafarlı – 70 Beynəlxalq İctimai və Mədəni Elmlər Konfransı, - Azərbaycan, Bakı, 2021