Siyasi və İctimai elmlər Məktəbi

Məleykə Əlizadə
Tarix üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar müəllimi
Azərbaycan tarixi, Azərbaycanın tarixi, Tarixin tədrisi metodikası və metodologiyası, Gender tarixi
+994 12 565 39 77
elizade.meleyke@wcu.edu.az
Məleykə Cəmşid qızı Əlizadə Gəncə şəhərində anadan olub, orta məktəbi orda bitirib. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. BDU Tarix fakültəsinin dissertantı olmuş və “1918-1920-ci illərdə Türk-müsəlman əhalisinə qarşı soyqırımı öyrənmək üçün mənbələr” adlı dissertasiyanı müdafiə etmişdir. Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, baş müəllim, kafedra müdiri vəzifəsində çalışıb. Şəmki Heydər Əliyev Mərkəzinin direktoru və Şəmki RİH başçısının Humanitar məsələlər üzrə müavini, ictimai-siyasi şöbənin müdiri olub. 2024-cü ildən Qərbi Kaspi Universitetinin Siyasi və ictimai Elmlər məktəbinin Tarix kafedrasının müdiri və müəllimidir.
46 elmi məqalənin, 11 metodik göstəriş və proqramın müəllifidir. Beynəlxalq və yerli konfranslarda məruzə ilə çıxış etmiş, ölkədə və xaricdə elmi jurnallarda məqalələri dərc edilmişdir. 2022-ci ildə Polşada Varşava Universitetində keçirilmiş VI Türkoloji konqresdə 9 azərbaycanlı alimin iştirakı ilə Şuşa panelini təşkil etmişdir.
Məleykə Əlizadə ictimai xadimdir. 48 beynəlxalq və yerli layihələrin rəhbəri, 8 mübadilə proqramlarının iştirakçısı olub. Beynəlxalq layihələrdə milli məsləhətçisidir. 4 siyasət sənədinin, 3 manualın, 3 araşdırmanın müəllifidir.
Tədris istiqaməti: Azərbaycan tarixi, Azərbaycanın tarixi, Tarixin tədrisi metodikası və metodologiyası, Gender tarixi