Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Nərgiz Axundova

Professor, Tarix üzrə elmlər doktoru, AMEA-nın tarix üzrə Həqiqi üzvü

Beynəlxalq münasibətlər,Qloballaşma və dünya siyasəti, Müasir dövrün qlobal problemləri,Yaxın Şərqdə siyasi proseslər

+994 12 565 39 77

nergiz_axundova@wcu.edu.az

Axundova Nərgiz Çingiz qızı  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Tarix elmləri doktoru, 2012-ci ildən Qərbi Kaspi Universitetinin Professoru vəzifəsində çalışır. 30.06.2014 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Tarix ixtisası üzrə  Müxbir üzv seçilmişdir. 02.05.2017 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Həqiqi üzvü seçilmişdir. 110  elmi əsərin  və xaricdə çıxmış  20 elmi əsərlərin  müəllifidir.Beynəlxalq bazarlarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda  6 məqaləsi cap olunub. 30 ildən çox  pedaqojı staji var, 1981-2012-ci ilədək Bakı Dövlət Universiteti, 2012-ci ildən indiyə qədər Qərbi Kaspi Universitetinin professorudur.Azərbaycan Respublikası Milli Elmlər Akademiyası   A.A.Bakixanov adına Tarix İnstitunun şöbə müdiridir. AR Prezidenti yaninda Ali Attestat Komissiyası  Prezidiumunun üzvü.  Rusiya, Orta Asiya elmi jurnallarinin redaksiya heyətinin üzvü. AMEA RH “Sosial elmlər” jurnalının baş redaktoru.

Kitabları:

1. Xilafətin dövlət idarəçilik sistemində türklər (VIII-X əsr. ortaları) monoqrafiya. Bakı, Elm, 2004

2. Qafqaz və böyük türk imperiyaları (həmmüəllif) Monoqrafiya. Bakı, 2012

3. Suriya və İraq ƏSDP-in hakimiyyəti altında. Monoqrafiya. Bakı, 2000

4. Asiya və Afrika ölkələri tarixi (feodalizmin meydana gəlməsi və inkişafı). Monoqrafiya, Bakı, 1994

5. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Dərslik. Bakı, 2009

6. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (iki hissə həmmüəllif) 2006, 2008. Dərslik, Bakı

7.Asiyanin ərəb ölkələrinin çağdaş tarixi (həmmüəllif). Monoqrafiya. Bakı, 2013

8. Qafqazda ərəb işğallarının siyasi, iqtisadi və dini nəticələri. Qafqaz və qloballaşma-İsveç.məqalə, 2010

9. Ərəblərin Mərkəzi Asiya əhalisi ilə münasibətlərinin bəzi məqamları. MAABİ-nin xəbərləri-Səmərqənd, 2009

10. Xilafətin dağılması və müsəlman dünyasının yeni geopolitik inkişafı -Tarix və onun problemləri-məqalə, Bakı, 2007

11. Türklərin Xilafətdə varlığının siyasi nəticələri-Şərg və Qafqaz- məqalə-Tiflis, 2005

12. Abbasilər xilafətinin siyasi elitasının etnik müxtəlifliyinin formalaşması-Orta əsrlər Şərqi-məqalə, Bakı, 1993

13. Abbasilər Xilafətində türklər haqqında bəzi qeydlər-Türk kültürü-Ankara. məqalə. 1998

14. Ərəb mənbələri türklər haqqında-Tarix və onun problemləri. məqalə, Bakı, 2001

15. Xilafətdə türklərin hərbi yüksəlişində hürrəmilər hərəkatının rolu-Azərbaycan tarixi muzeyi. məqalə.2003

16. Buveyhilər  və xilafət. Monoqrafiya. B.2020