Siyasi və İctimai elmlər Məktəbi

Rauf Məmmədov
Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Siyasətin fəlsəfəsi, Elmin fəlsəfəsi, Hüquq fəlsəfəsi, Müasir təbiətşünaslıq konsepsiyası, Müasir fəlsəfi kompartivistika
+994 12 565 39 77
rauf.mammadov@wcu.edu.az
Rauf Məmmədov 06.02.1968-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur.
1984-1991-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Türkologiya şöbəsində təhsil almış və 1991-ci ildə universitetin türk-azərbaycan dili və ədəbiyyatı üzrə müəllim (türkoloq) ixtisasına yiyələnmişdir. 1996-2000-ci illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Zərdüştiliyin fəlsəfi aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır.
2018-ci ildə AAK-da dosentlik elmi adını almışdır. 2019-cu ildə fəlsəfə tarixi ixtisası üzrə dosent elmi adı almışdır. 30 ildən artıqdır ki, ali təhsil və elmi fəaliyyət sahəsində çalışır. Bu müddət ərzində həm pedaqoji, həm də tədqiqat yönümlü fəaliyyətilə elmi biliklərin inkişafına və tələbələrin təfəkkürünün formalaşmasına töhfə verməyə çalışmışdır. Fəaliyyəti əsasən din fəlsəfəsi, gender nəzəriyyələri və zərdüştlük irsinin fəlsəfi-ideoloji aspektləri kimi sahələri əhatə edir. Bu və digər istiqamətlərdə apardığı araşdırmalar nəticəsində 5 kitab və 200-ə yaxın elmi və publisistik məqalə yazmış. 20-dən çox beynəlxalq konfransda iştirak etmişdir. Xaricdə 22 məqaləsi nəşr olunmuşdur. Pedaqoji fəaliyyəti boyu müxtəlif ixtisas fənlərinin tədrisi ilə yanaşı, tələbələrə tənqidi düşüncə bacarıqlarının aşılanmasına, fəlsəfi yanaşma tərzinin formalaşdırılmasına və əxlaqi-mənəvi dünyagörüşün inkişafına xüsusi önəm vermişdir.
2021-ci il tarixindən Qərbi Kaspi Universitetində “Fəlsəfə” kafedrasında dosent vəzifəsində çalışır.
Tədris istiqaməti: Siyasətin fəlsəfəsi, Elmin fəlsəfəsi, Hüquq fəlsəfəsi, Müasir təbiətşünaslıq konsepsiyası, Müasir fəlsəfi kompartivistika , Genderin fəlsəfi problemləri, Ontologiya və idrak nəzəiyyəsi, Suni intelektin fəlsəfi aspektləri, Arqumentasiya nəzəriyyəsi, Məntiq,Etika və estetika,Multikultralizmə giriş.