Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi

Səltənət Ağayeva

Elmi işlər üzrə Prorektor, dosent, biologiya üzrə fəlsəfə doktoru

Genetika,Biokimya,Fiziologiya

+994 12 565 39 74

saltanat.genetic@wcu.edu.az

Akademik Fəaliyyətin İstiqamətləri:

  • Genetika
  • Biokimya
  • Fiziologiya

Təhsil və Peşəkar Fəaliyyət:

Ağayeva Səltənət Ərşad qızı, 1 yanvar 1972-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1989–1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya fakültəsində ali təhsil almış, 2007–2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda doktoranturada təhsilini davam etdirmişdir.

2012-ci ildə “Beyin strukturlarında monoaminerjik sistemin aktivliyinə elektromaqnit dalğalarının təsiri” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2007–2016-cı illərdə AMEA Fiziologiya İnstitutunda elmi işçi, 2016–2024-cü illərdə isə Genetik Ehtiyatlar İnstitutunun “Biokimyəvi genetika və genomika” şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Paralel olaraq 2003–2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində, həmçinin ADPU-nun Quba filialında “Təbiət elmlərinin tədrisi metodikası” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2019-cu ildən etibarən Qərbi Kaspi Universitetinin “Təbiət Elmləri” kafedrasında müəllim kimi fəaliyyət göstərir.

2022-ci ilin aprel–oktyabr aylarında Xəzər Universitetində “Həyat Elmləri” departamentinin müdiri vəzifəsini icra etmişdir.

Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə biologiya elmləri sahəsində Genetika ixtisası üzrə dosent elmi adı verilmişdir.

Hal-hazırda Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin “Təbiət Elmləri” kafedrasında dosent vəzifəsində çalışır. 1 dərsliyin, 80-dən artıq elmi məqalənin və bir sıra fənn proqramlarının müəllifidir.