Qərbi Kaspi Universiteti

Müəllimlər

Biznes və idarəetmə Məktəbi

Vüsal Heydərov

Müəllim

+994 12 565 39 77

vusal.heyderov.m2024@wcu.edu.az

Heydərov Vüsal Sədrəddin oğlu 26 mart 1987-ci il tarixində Bakı şəhərində anadan olub. 2004-cü ildə Zəngi liseyini bitirərək, həmin il Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Bank işi” üzrə qiyabi qəbul olmuşdur. 2011-ci ildə bakalavrı bitirdikdən sonra 2016-cı ildə MBA üzrə Azərbaycan Universitetinin “Mühasibat uçotu və audit (tədris ingilis dilində)” ixtisasına yiyələnərək magistr dərəcəsini almışdır. 2019-cu ildə Azərbaycan Neft və Sənaye Universitetində 5311.01 “Müəssisənin təşkili və idarə olunması” ixtisası üzrə doktoranturaya daxil olmuşdur.

2007-2021-ci illər ərzində "Xalq Bank" ASC-də Fiziki təhlükəsizlik üzrə böyük mütəxəssis, 2021-ci ildən etibarən isə Azərbaycan Universitetində, eyni zamanda Bakı Avrasiya Universitetində müəllim vəzifəsində çalışmışdır. Hal-hazırda Bakı Avrasiya Universitetində baş müəllim olaraq, Azərbaycan Dövlət İqtisad Universiteti Sabah mərkəzi və Qərbi Kaspi Universitetində isə müəllim vəzifəsində çalışaraq tədrisi ingilis dilində həyata keçirir.

Hal-hazırda da doktorantura təhsilini davam etdirir, 8 tezis, 7 yerli və 2 beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə dərc edilmiş elmi əsərləri var.