“İmperiyaların təsiri: Qafqazda və ətraf bölgələrdə xalqların, ərazilərin və hökmranlığın təmsili” adlı konfrans keçirilib
Qərbi Kaspi Universitetində “İmperiyaların təsiri: Qafqazda və ətraf bölgələrdə xalqların, ərazilərin və hökmranlığın təmsili” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransda universitet rəhbərliyi, professor-müəllim heyəti ilə yanaşı, müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrini təmsil edən alim və tədqiqatçılar iştirak ediblər.
Tədbirin açılışında Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, Professor Hüseyn Bağırov çıxış edərək konfransın əhəmiyyətindən danışıb, Qafqaz regionunun tarixi və geosiyasi aspektlərinin beynəlxalq akademik müstəvidə araşdırılmasının vacibliyini vurğulayıb.
Daha sonra Boston Universitetinin professoru Thomas Barfield, Tulane Universitetinin professoru Dr. Elio Brancaforte, Oldenburq Universitetinin professoru Dr. Detlef Haberland, Oksford Universitetinin tədqiqatçısı Dr. Irina Shingiray və Tulane Universitetinin nümayəndəsi Emma Schubert təqdimatlarla çıxış ediblər.
Konfrans çərçivəsində Qafqaz regionunun tarixi, imperiyaların bölgəyə təsiri, xalqların və ərazilərin təmsili, eləcə də tarixi-siyasi proseslərin regionun inkişafına təsiri ilə bağlı geniş elmi müzakirələr keçirilib.
Eləcə də Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, ADA Universitetinin dosenti Dr. Şəfəq Dadaşova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Nizami Süleymanov, Bakı Dövlət Universitetinin professoru Fazil Baxşəliyev və digər alimlər də çıxış edərək mövzu ətrafında geniş təqdimatlar ediblər. Çıxışlarda Qafqazın tarixi irsi, regional münasibətlər və müasir elmi yanaşmalar barədə ətraflı məlumat verilib.
Konfrans qarşılıqlı müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə davam edib.