Qərbi Kaspi Universiteti

Müəllimlər

Filologiya və Tərcümə Məktəbi

Gülsara Ağayeva

İngilis dili və Tərcümə, İngilis dili və ədəbiyyatı kafedralarının müdiri

Ardıcıl tərcümə və qeydgötürmə texnikası, Şifahi tərcümə, Sənədləşmə və terminologiya, Tərcümə nəzəriyyəsi

+994 12 492 74 18

gulsara.agayeva@wcu.edu.az

Ağayeva Gülsara Vahid qızı1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 2008-ci ildə

82saylı pilot orta məktəbi bitimişdir. Həmin ildə Azərbaycan Dillər Universitetinin “Tərcümə

ingilis-azərbaycan dilləri ” fakültəsinə daxil olmuş, 2012-ci ildə oranı bitirmişdir. Elə həmin ildə

Bakı Slavyan Universitetinin “ Tərcümə (ingilis-azərbaycan dilləri” üzrə magistratura səviyyəsinə

qəbul olmuş, 2014-cü ildə oranı fərqlənmə diploma ilə bitirmişdir.

2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunda tərcüməçi vəzifəsinə qəbul olmuş, daha sonra “Elmi informasiya və tərcümə”

şöbəsində baş mütəxəssis vəzifəsində çalışmışdır.

 

2018-ci ildə öz şəxsi xahişi əsasında vəzifəsindən azad edilmiş və “Report” İnformasiya

Agentliyində tərcüməçi vəzifəsində işləməyə başlamışdır. 2021-ci ildə öz şəxsi xahişi əsasında

ordakı vəzifəsindən azad edilərək “APA” informasiya agentliyində tərcüməçi vəzifəsində

çalışmağa başlamışdır.

2023-ci ildə Azərbaycan Dillər Universitetinin “ İngilis dilinin metodikası” kafedrasında saat

hesabı müəllim kimi fəaliyyətə başlamışdır.

Hazırda Qərbi Kaspi Universitetinin İngilis dili və tərcümə, İngilis dili və ədəbiyyatı kafedralarının müdiri vəzifəsində çalışır. Eyni zamanda İngilis dili və tərcümə kafedrasının müəllimidir.

 

Elmi metodiki iş:

Sənədləşmə və terminologiya- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 22.02.2024-cü il tarixli, №3-29/32-697/2024 əmri ilə təsdiq edilmişdir.

Peşəkar tərcümənin əsasları- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 22.02.2024-cü il tarixli, №3-29/32-697/2024 əmri ilə təsdiq edilmişdir.

Şifahi tərcümə- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 22.02.2024-cü il tarixli, №3-29/32-697/2024 əmri ilə təsdiq edilmişdir.

Tərcümə və müqayisəli üslubiyyat- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 22.02.2024-cü il tarixli, №3-29/32-697/2024 əmri ilə təsdiq edilmişdir.

Tərcümə nəzəriyyəsi- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərəfindən 22.02.2024-cü il tarixli, №3-29/32-697/2024 əmri ilə təsdiq edilmişdir.