Qərbi Kaspi Universiteti

Müəllimlər

Afaq

Afaq  Həsənova

İqtisadiyyat məktəbi

Riyaziyyat üzrə fəlsəfə doktoru, İqtisadiyyat məktəbinin dekanı

Menecment və turizm kürsüsünün rəhbəri, dosent, fizika- riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru)    Akademik fəaliyyətinin istiqamətləri: Ali riyaziyyat kursunun bütün bölmələri (azərbaycan, rus, ingilis dillərində) Statistika İqtisadiyyat Mikroiqtisadiyyat Makroiqtisadiyyat Beynəlxalq İqtisadi Münasibətlər Maliyyə təhlili (azərbaycan, rus, ingilis dillərində)  Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Afaq Həsənova 15 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı şəhəri 251 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Aspiranturada oxuduğu müddətdə ali məktəbdə pedaqoji fəaliyyətə  başlamışdır. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye universiteti) “Ali Riyaziyyat “ kafedrasında çalışmışdır. 1996-cı ildən etibarən Qərbi Kaspi Universitetində “İqtisadiyyat, Marketinq və Menecment” kafedrasında çalışır. Mütəmadi olaraq beynəlxalq layihələrdə iştirak etmişdir. Böyuk Britaniyanın Nottinghem Trent Universitetində, ABŞ-ın İndiana  və Kanzas Universitetitlərində, Turkiyənin Bilgi Universitetində çalışaraq beynəlxalq profesional təcrübə əldə etmişdir. Beynəlxalq diplomlar və sertifikatlarla təltif edilmişdir. Bir sıra elmi işləri, məqalələri və dərs vəsaitləri mövcuddur.  Elmi nəşrlər: 1.“Principles of radiation for Helmholtz equation in n-dimensional layer with impedance boundary conditions”, Turkish Journal of Mathematics, Scientific and Technical Research of Turkey, Turkey,1996 2.”Tətbiqi İqtisadiyyat” ( Junior Achievement), dərslik, Qərb Universiteti, Bakı, 2000 3.“Сборник лекций и задач по операционному и производственному менеджменту”, учебное пособие, Баку, 2014 4. “Oyunlar nəzəriyyəsinin bəzi tətbiqi  yolları”, Elmi Xəbərlər, Qərb Universiteti, Bakı, 2015

Gülnarə

Gülnarə  Hacıyeva

İqtisadiyyat məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

1982-ci ildə Bünyadzadə adına Xalq təsərrüfatı İnstitutunun (hazırki UNEC) uçot-iqtisad fakultəsini əlaçı diplomu ilə bitirib. 1986-cı ildə AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmləri namizədi (hazırki iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb. 2006-cı ildə AAK tərəfindən dosent adına layiq görülüb. 1999 (avqust-noyabr) “Holland sindromu problemi” üzrə ABŞ-nın Oklahoma ştatının Oklohoma Universitetində apardığım tədqiqata görə Universitetin diplomuna layiq görülüb. Elmi nəşrlər Ümumilikdə 70-ə yaxın elmi-tədqiqat işinin müəllifidir. Onlardan 20-ə qədəri xarici nəşrlərdə, digərləri isə yerli nəşrlərdə dərc olunmuşdur.  Son dövrlərdə xaricdə dərc olunan məqalələr - Modeling The Impact Of Innovation On Industrial Competitiveness And Regulation Of Leasing Relations (7th International conference Science and society – Methods and problems of practical application 15th February 2019 Vancouver, Canada); The problem of migration of the Turkish people and labor market liberalization(XV International Scientic and Practical Conference «Social and Economic Aspects of  Education in Modern Society» July 25, 2019 Warsaw, Poland);  Yerli jurnallarda - Azərbaycanın sənaye siyasəti dövlətin iqtisadi inkişafda iştirakının mütləq atributudur (QƏRBİ KASPİ UNİVERSİTETİ ELMİ XƏBƏRLƏR İctimai və texniki elmlər seriyası SAY 3 – 2018.); Dərs vəsaiti - Управленческий учет. Учебное пособие.Баку.2017 (həmmüəlliflə); İdarəetmə uçotu, Metodiki vəsait.Bakı.2018 (həmmüəlliflə); Maliyyə, mühasibat üçotu və audit ixtisasları üzrə 20-ə qədər proqram və metodik vəsaitin müəllifiyəm. Almaniya, Kanada, Polşa, Rusiya,Ukrayna,Kazaxstanda keçirilən elmi-praktik konfranslarda məqlələrim dərc edilmişdir. 2006-ci ildən Qərbi-kaspi Universitetinin dosenti vəzifəsində çalışıram.

Əşrəf

Əşrəf  Həsənov

İqtisadiyyat məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Həsənov Əşrəf Əbülfəz oğlu 16.06.1951-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. 1958-1968-ci illərdə Sabir adına Sabirabad şəhər orta məktəbində təhsil almışdır. 1968-1972-ci illərdə Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1976-1978-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda “Aqrar bölmədə uçot və proqnoz göstəricilərinin EHM-də emalı modelləri” üzrə 2 illik stajartırma kursunu bitirmiş, Elmi Şuranın qərarı ilə əyani aspiranturaya tövsiyə edilmişdir. 1978-1981-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda əyani aspiranturada təhsil almış, 1983-cü ildə “Azərbaycanda aqrar- sənaye birliklərinin optimal strukturunun riyazi modelləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və “iqtisad elmləri namizədi” elmi dərəcəsi almışdır. 1982-1990-cı illərdə AzSSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzində -proqramçı, sektor müdiri, şöbə müdiri, direktor müavini işləmiş, 1990-cı ildən 1998-ci ilə qədər direktor vəzifəsində çalışmışdır. 1998-2003-cü illərdə kənd təsərrüfatı nazirinin iqtisadi müşaviri işləmiş, 2003-2005-ci illərdə lisenziyalı auditor, 2005-2013-cü illərdə kənd təsərrüfatı nazirinin köməkçisi, 2013-2015-ci illərdə Baş Nazir müavininin köməkçisi işləmişdir. 2015-ci ilin dekabr ayından pensiyadadır.Dövlət qulluğunun baş müşaviridir. 1982-2013-cü illərdə Neft-Kimya Akademiyasında, UNEC-də, Bakı Biznes Universitetində Mühasibat uçotu, İdarəetmə uçotu,Maliyyə bazarları fənləri üzrə saat hesabı qaydada dərslər demişdir. Hazırda Qərbi Kaspi Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasında müəllim işləyir.Bəzi elmi nəşrlər: 1. Həsənov Ə.Ə. Rəqəmsal iqtisadiyyata keçid və bakalavr təhsili poblemləri. AR Dövlət Statistika Komitəsinin elmi-praktiki konfransının materialları. 22.11.2019 HASSANOV ASHRAF. Features of the economic development model of Azerbaijan and the problems of economic security of enterprises. The scientific and pedagogical news. 2020, № 55. Гасанов Ащраф Абульфаз оглы. Особенности подхода к экономическому и социальному развитию освобожденных земель Азербайджана. Материалы научно-практической конференции Азербайджанского Союза Экономистов. 10.02. 2021 Гасанов Ащраф Абульфаз оглы.   Основные направления социально-экономического развития Азербайджанской Республики в посткризисном периоде. Материалы Международной научно-практической Конференции Полтавского Государственного Университета(Украина). 07.05.2021. Həsənov Ə.Ə.  Rəqəmsal iqtisadiyyat şəraitində «Audit»  fənninin tədrisinin aktual məsələləri. AR Auditorlar Palatasının  elmi-praktiki konfransının materialları. 01.09.2021.                                         Həsənov Əşrəf Əbülfəz oğlu. Azərbaycanda turizmin inkişafında innovasiya menecmenti. Qərbi KaspiUniversitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022 Гасанов Ащраф Абульфаз оглы.      Приоритетные проблемы регулирования финансовых рынков. Qərbi Kaspi  Universitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022                                                  

Mansur

Mansur  Mədətov

İqtisadiyyat məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Mədətov Mansur Akif oğlu 12 yanvar 1976-cı il Ağdaş şəhərində anadan olmuşdur. 1983-1993-cü illər BDU-nun nəzdində fizika, riyaziyyat və informatika təmayüllü litseydə orta təhsil almışdır. 1993-1997-ci illər Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr təhsili almışdır. 1997-1999-cu illər isə burada magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Azərbaycanda neft kontraktlarının rolu və xüsusiyyətləri”). 2000-2003 Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikintinin iqtisadiyyatı fakültəsinin İnşaatın iqtisadiyyatı kafedrasında aspirant olmuşdur. 2007-ci ildə “Daxili bazar, onun formalaşması və qorunması problemləri” elmi işini uğurla müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantıdır. “İnsan kapitalından istifadənin iqtisadi səmərəliliyinin ölçülməsi və yaxşılaşdırılması” mövzusunda yazdığı doktorluq dissetasiyası müzakirə üçün təqdim edilmişdir. 1998-2007-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində mühasib, 2007-2021-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət Komitəsində ekspert, 2021-ci ildən isə Bakı Biznes Universitetinin İqtisadi nəzəriyyə kafedrasının müəllimidir. Hazırda Qərbi Kaspi Universitetinin Ümumi iqtisadiyyat kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır. Nəşr olunmuş monoqrafiya: Ümumdünya Ticarət Təşkilatı və daxili bazarın qorunması. Bakı 2008. 148 s. Web of science indekslənmiş nüfuzlu elmi jurnallarda məqalə nəşrləri:  Measuring the effectiveness of investment in education. Proceedıngs of the 7-th International Conference on Control and optımızatıon wıth ındustrıal applıcatıons. Volume I. 26-28 August, Baku, 2020. p. 236-238. Problems of measuring human capital. Proceedıngs of the 7-th International Conference on Control and optımızatıon wıth ındustrıal applıcatıons. Volume II. 26-28 August, Baku, 2020. p. 224-226. Digər elmi jurnallarda nəşrlər İnsan kapitalı inkişaf amili kimi. Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi-analitik və praktiki jurnal. № 1 (41). Bakı 2015. s. 185-189. İnsan kapitalı konsepsiyasının formalaşmasına yanaşmalara dair. Tikintinin iqtisadiyyatı və menecment. Elmi-praktiki jurnal. № 1. Bakı 2016. s. 42-48. Человеческий капитал в системе образования. Наука и бизнес: пути развития. Научно-практический журнал. № 11(65). Москва 2016. с. 46-49. İnsan kapitalı konsepsiyasının yaradılması və onun kəmiyyət qiymətləndirilməsinə yanaşmaların təhlili. Azərbaycanın vergi jurnalı. Beynəlxalq resenziyalı elmi jurnal. № 1 (133). Bakı 2017. s. 113-126. İş qüvvəsinin təkrar istehsalına baxışlara dair. Audit. № 2. Bakı 2017. s. 82-91. İnsan kapitalı və onun əhalinin gəlirlərinin artımına təsirinin qiymətləndirilməsi. Kooperasiya. Elmi-praktiki jurnal. № 4 (47). Bakı 2017. s. 101-110. Methods of Measurement and Evaluation of Human Capital. Евразийский Союз Ученых (ЕСУ). Ежемесячный научный журнал. № 12(45) / Москва 2017. 2 часть. c. 13-15. İnsan kapitalının ölçülməsinə dair yanaşmaların analizi. İnformasiya cəmiyyəti problemləri. Bakı, 2018, № 2. s. 41-51. Contradiction in the measurement of human capital. International law and integration problems (Scientific-Analytical journal). Baku, № 1 (53) 2018. p. 33-37. Əhali gəlirlərinin diferensiasiyası amillərinin təhlili. Kooperasiya. Elmi-praktiki jurnal. № 3 (50). Bakı 2018. s. 122-128. İnsan kapitalı və gəlirlərin bölgüsü problemi. Audit. Elmi-praktiki jurnal. Cild 19, № 2. Bakı 2018. s. 39-48. İnsan kapitalının iqtisadi səmərəliliyinin yaxşılaşdırılması. Geostrategiya. Aylıq ictimai-siyasi, elmi-populyar jurnal. № 01 (49) yanvar-fevral 2019. s. 38-41. İnsan kapitalının formalaşmasında ailənin rolu. Kooperasiya. Elmi-praktiki jurnal. № 1 (52). Bakı 2019. s. 133-140. İnsan kapitalının səmərəliliyi ilə iqtisadi artım arasında qarşılıqlı əlaqə. Audit. Elmi-praktiki jurnal. Cild 23, № 1. Bakı 2019. s. 58-71. İnsan kapitalının inkişafına təsir edən amillər: nəzəri yanaşmalar (müzakirə təriqilə). Azərbaycan neft təsərrüfatı. № 6-7. Bakı 2019. s. 70-78. Konfranslarda iştirak: İnsan kapitalının qiymətləndirilməsinə yanaşmalar. Görkəmli iqtisadçı alim, i.e.d., prof., dövlət mükafatı laureatı Şamil Əliabbas oğlu Səmədzadənin 80 illiyinə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” mövzusunda respublika elmi konfransının materialları. Bakı 2016. s. 266-268 İşçilərin təhsil səviyyəsinin ÜDM istehsalına təsirinin qiymətləndirilməsi. Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: Hesabatlılıq və şəffaflıq problemləri (beynəlxalq elmi-praktik konfrans). Bakı, 21-23 sentyabr 2017-ci il. s. 290-291. İnsan kapitalına “ailə” investisiyalarının təhlili. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları. Bakı 2018. s. 796-800. The relationship between human capital and economic growth. V Международная Конференция «Инновации в современной науке». г. Киев, 29 июня 2019 года. c. 28-37. Человеческий капитал и экономическая эффективность. “EurasiaScience” XXXV Международная научно-практическая конференция. г. Москва, 15 февралья 2021 года. с. 204-206.

Elşən

Elşən  Orucov

İqtisadiyyat məktəbi

Müəllim

Elşən Orucov Zöhrab oğlu 16 yanvar 1988-ci ildə Qazax rayonu, Qırılı kəndində anadan olmuşdur. 2005-ci ildə məktəbi bitirərək, Azərbaycan Unversitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsinə daxil olmuş, 2009-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2009-2010-cu illərdə Naftalanda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2010-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura pilləsində, 2012-2016-cı illərdə Azərbaycan Universitetində Dünya iqtisadiyyatı ixtisası üzrə dissertantura pilləsində təhsil almışdır.  Magistratura dövründə 6 ay müddətinə 2011-ci ildə Fransanın Lil şəhərində “Gənclərlə işin təşkili” sahəsində əlavə təhsil almışdır. 2013-2015-ci illərdə Azərbaycan Universitetində yarımştat müəllim vəzifəsində işləmiş, 2016-2017-ci illərdə “Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana dəymiş zərərin qiymətləndirilməsi üzrə İşçi Qrupu”nda İngilis və fransız dilləri üzrə mütəxəssis vəzifələrində çalışmışdır. Hazırda 2012-ci ildən indiyədək ABŞ-nin “World Hope International/Azerbaijan” beynəlxalq humanitar təşkilatında Direktor müavini, eyni zamanda 2021-ci ildən indiyədək Qərbi Kaspi Universitetində saathesabı müəllim vəzifələrində çalışır.  Əsas elmi nəşrlər:  ·         Orucov, E.Z. Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fondu ilə müasir əlaqələrinin problemləri // “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” adlı respublika elmi konfransın materialları, – Lənkəran: Lənkəran Unviersiteti, 22-23 dekabr, – 2017, – s. 194-196. ·          Orucov, E.Z. Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fondu ilə müasir əlaqələrinin təhlili // – Bakı: Azərbaycan aqrar elmi, – 2018. №2(251), – s. 138-140. ·          Orucov, E.Z. Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal maliyyə böhranları dövründəki (1998-2010) öhdəçiliyi // – Bakı: İpək yolu, – 2017. №1, – s. 83-90. ·          Orucov, E.Z. Beynəlxalq Valyuta Fondu (BVF) qlobal maliyyə böhranları dövründə (1998-2010) // “Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi konfransı” adlı beynəlxalq elmi-praktik konfransın materialları, – Bakı: Qafqaz University, 26-27 aprel, – 2013, – s. 98-99. ·          Orucov, E.Z. Beynəlxalq Valyuta Fondunun maliyyə böhranları ərəfəsindəki rolu // – Bakı: Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri, – 2017. Cild 5, – s. 136-142. ·          Orucov, E.Z. Beynəlxalq Valyuta Fondunun tarixi əsasları və dünya iqtisadiyyatında rolu // – Bakı: Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun elmi əsərləri, – 2017. №4,  – s. 196-201. ·          Orucov, E.Z. Maliyyə böhranları Beynəlxalq Valyuta Fondu və inkişaf etməkdə olan ölkələrin birgə məhsulu kimi // – Bakı: Kooperasiya, – 2019, №1(52), – s. 174-179. ·          Orucov, E.Z. Maliyyə böhranları zamanı Beynəlxalq Valyuta Fondunun inkişaf etməkdə olan ölkələrlə əlaqələri // – Bakı: İpək yolu, – 2017. №4, – s. 56-64. ·         Orucov, E.Z. Qloballaşma: iqtisadi, siyasi və sosial təsirlər. //Gənc Tədqiqatçıların IV respublika elmi-praktik konfransı, (respublika elmi elmi-praktik konfransın materialları), Bakı. 2021 ·         Оруджов, Э.З. Глобальная волатильность и финансовая стабильность // – Киев: Економіка & Держава, – 2017. №12, – с. 77-81. ·         Оруджов, Э.З. Влияние международных   потоков   капитала  на кризис в  Юго-Восточной Азии // Вопросы управления и экономики: современное состояние актуальных проблем: сб. ст. по материалам XXV междунар. науч.-практ. конф., – Москва: Интернаука, – 2019. №7(23), – с. 35-38.