Qərbi Kaspi Universiteti

Müəllimlər

Nərgiz

Nərgiz  Axundova

Siyasi və İctimai elmlər Məktəbi

AMEA-nın həqiqi üzvü, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, tarix üzrə elmlər doktoru, professor

Axundova Nərgiz Çingiz qızı  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Tarix elmləri doktoru, 2012-ci ildən Qərbi Kaspi Universitetinin Professoru vəzifəsində çalışır. 30.06.2014 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Tarix ixtisası üzrə  Müxbir üzv seçilmişdir. 02.05.2017 Azərbaycan Respublikasının Milli elmlər Akademiyasının Həqiqi üzvü seçilmişdir. 110  elmi əsərin  və xaricdə çıxmış  20 elmi əsərlərin  müəllifidir.Beynəlxalq bazarlarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda  6 məqaləsi cap olunub. 30 ildən çox  pedaqojı staji var, 1981-2012-ci ilədək Bakı Dövlət Universiteti, 2012-ci ildən indiyə qədər Qərbi Kaspi Universitetinin professorudur. Doktorant və dissertantların elmi rəhbəridir. Azərbaycan Respublikası Milli Elmlər Akademiyası   A.A.Bakixanov adına Tarix İnstitunun şöbə müdiridir. AR Prezidenti yaninda Ali Attestat Komissiyası  Prezidiumunun üzvü.  Rusiya, Orta Asiya elmi jurnallarinin redaksiya heyətinin üzvü. AMEA RH “Sosial elmlər” jurnalının baş redaktoru. Kitabları: 1. Xilafətin dövlət idarəçilik sistemində türklər (VIII-X əsr. ortaları) monoqrafiya. Bakı, Elm, 2004 2. Qafqaz və böyük türk imperiyaları (həmmüəllif) Monoqrafiya. Bakı, 2012 3. Suriya və İraq ƏSDP-in hakimiyyəti altında. Monoqrafiya. Bakı, 2000 4. Asiya və Afrika ölkələri tarixi (feodalizmin meydana gəlməsi və inkişafı). Monoqrafiya, Bakı, 1994 5. Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi. Dərslik. Bakı, 2009 6. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (iki hissə həmmüəllif) 2006, 2008. Dərslik, Bakı 7.Asiyanin ərəb ölkələrinin çağdaş tarixi (həmmüəllif). Monoqrafiya. Bakı, 2013 8. Qafqazda ərəb işğallarının siyasi, iqtisadi və dini nəticələri. Qafqaz və qloballaşma-İsveç.məqalə, 2010 9. Ərəblərin Mərkəzi Asiya əhalisi ilə münasibətlərinin bəzi məqamları. MAABİ-nin xəbərləri-Səmərqənd, 2009 10. Xilafətin dağılması və müsəlman dünyasının yeni geopolitik inkişafı -Tarix və onun problemləri-məqalə, Bakı, 2007 11. Türklərin Xilafətdə varlığının siyasi nəticələri-Şərg və Qafqaz- məqalə-Tiflis, 2005 12. Abbasilər xilafətinin siyasi elitasının etnik müxtəlifliyinin formalaşması-Orta əsrlər Şərqi-məqalə, Bakı, 1993 13. Abbasilər Xilafətində türklər haqqında bəzi qeydlər-Türk kültürü-Ankara. məqalə. 1998 14. Ərəb mənbələri türklər haqqında-Tarix və onun problemləri. məqalə, Bakı, 2001 15. Xilafətdə türklərin hərbi yüksəlişində hürrəmilər hərəkatının rolu-Azərbaycan tarixi muzeyi. məqalə.2003 16. Buveyhilər  və xilafət. Monoqrafiya. B.2020

Məleykə

Məleykə  Əlizadə

Siyasi və İctimai elmlər Məktəbi

Tarix üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar müəllimi

Məleykə Cəmşid qızı Əlizadə Gəncə şəhərində anadan olub, orta məktəbi orda bitirib. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. BDU Tarix fakültəsinin dissertantı olmuş və “1918-1920-ci illərdə Türk-müsəlman əhalisinə qarşı soyqırımı öyrənmək üçün mənbələr” adlı dissertasiyanı müdafiə etmişdir.  Azərbaycan Dövlət Aqrar Universitetində müəllim, baş müəllim, kafedra müdiri vəzifəsində çalışıb. Şəmki Heydər Əliyev Mərkəzinin direktoru və Şəmki RİH başçısının Humanitar məsələlər üzrə müavini, ictimai-siyasi şöbənin müdiri olub. 2024-cü ildən Qərbi Kaspi Universitetinin Siyasi və ictimai Elmlər məktəbinin Tarix kafedrasının müdiri və müəllimidir. 46 elmi məqalənin, 11 metodik göstəriş və proqramın müəllifidir. Beynəlxalq və yerli konfranslarda məruzə ilə çıxış etmiş, ölkədə və xaricdə elmi jurnallarda məqalələri dərc edilmişdir. 2022-ci ildə Polşada Varşava Universitetində keçirilmiş VI Türkoloji konqresdə 9 azərbaycanlı alimin iştirakı ilə Şuşa panelini təşkil etmişdir. Məleykə Əlizadə ictimai xadimdir. 48 beynəlxalq və yerli layihələrin rəhbəri, 8 mübadilə proqramlarının iştirakçısı olub. Beynəlxalq layihələrdə milli məsləhətçisidir. 4 siyasət sənədinin, 3 manualın, 3 araşdırmanın müəllifidir. Tədris istiqaməti: Azərbaycan tarixi, Azərbaycanın tarixi, Tarixin tədrisi metodikası və metodologiyası, Gender tarixi

Rauf

Rauf  Məmmədov

Siyasi və İctimai elmlər Məktəbi

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

   Rauf Məmmədov 06.02.1968-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur.   1984-1991-ci illərdə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Türkologiya şöbəsində təhsil almış və 1991-ci ildə universitetin türk-azərbaycan dili və ədəbiyyatı üzrə müəllim (türkoloq) ixtisasına yiyələnmişdir. 1996-2000-ci illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Zərdüştiliyin fəlsəfi aspektləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır.       2018-ci ildə AAK-da dosentlik elmi adını almışdır. 2019-cu ildə fəlsəfə tarixi ixtisası üzrə dosent elmi adı almışdır. 30 ildən artıqdır ki, ali təhsil və elmi fəaliyyət sahəsində çalışır. Bu müddət ərzində həm pedaqoji, həm də tədqiqat yönümlü fəaliyyətilə elmi biliklərin inkişafına və tələbələrin təfəkkürünün formalaşmasına töhfə verməyə çalışmışdır. Fəaliyyəti əsasən din fəlsəfəsi, gender nəzəriyyələri və zərdüştlük irsinin fəlsəfi-ideoloji aspektləri kimi sahələri əhatə edir. Bu və digər istiqamətlərdə apardığı araşdırmalar nəticəsində 5 kitab və 200-ə yaxın elmi və publisistik məqalə yazmış. 20-dən çox beynəlxalq konfransda iştirak etmişdir. Xaricdə 22 məqaləsi nəşr olunmuşdur. Pedaqoji fəaliyyəti boyu müxtəlif ixtisas fənlərinin tədrisi ilə yanaşı, tələbələrə tənqidi düşüncə bacarıqlarının aşılanmasına, fəlsəfi yanaşma tərzinin formalaşdırılmasına və əxlaqi-mənəvi dünyagörüşün inkişafına xüsusi önəm vermişdir. 2021-ci il tarixindən Qərbi Kaspi Universitetində “Fəlsəfə”  kafedrasında dosent vəzifəsində çalışır. Tədris istiqaməti: Siyasətin fəlsəfəsi, Elmin fəlsəfəsi, Hüquq fəlsəfəsi, Müasir təbiətşünaslıq konsepsiyası, Müasir fəlsəfi kompartivistika , Genderin fəlsəfi problemləri, Ontologiya və idrak nəzəiyyəsi, Suni intelektin fəlsəfi aspektləri, Arqumentasiya nəzəriyyəsi, Məntiq,Etika və estetika,Multikultralizmə giriş.

Səbirə

Səbirə  Nemətzadə

Siyasi və İctimai elmlər Məktəbi

f.ü.f.d., dosent

Səbirə Nemətzadə 14 avqust 1969-cu il tarixində  Bakı şəhərində anadan olmuşdur.    1988-1993-cü illərdə Filologiya ixtisası üzrə Bakı Dövlət Universitetində bakalavr, 1998-2001- ci illərdə isə Fəlsəfə tarixi ixtisası üzrə Bakı Dövlət Universitetində aspirantura təhsili alıbdır.                                                    2010- cu ildə “Seyid İmadəddin Nəsiminin dünyagörüşü fəlsəfə tarixinin tədqiqat obyekti kimi” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.  2017-ci ildən elmlər doktoru proqramı üzrə “XX əsrin əvvəllərində türk xalqlarının fəlsəfi fikrində milli ideologiya məsələləri” mövzusunda dissertasiya üzərində işləyir. Elmi fəaliyyəti dövründə 50-dən artıq elmi məqalənin və 3 monoqrafiyanın müəllifi olub. İndiyədək 20-dən çox beynəlxalq elmi konfransda iştirak etmiş, 15 elmi məqalə xarici jurnallarda nəşr olunmuşdur. 2024-cü ildən  Qərbi Kaspi Universiteti “Fəlsəfə” kafedrasında dosent vəzifəsində çalışır. Tədris istiqaməti: Avropa fəlsəfəsi, Türk xalqlarının fəlsəfi fikir tarixi, Qədim Şərq fəlsəfəsi, İslam fəlsəfəsi, Alman klassik fəlsəfəsi, Müasir fəlsəfə, Etika və estetika, Multikultralizmə giriş.    

Aygün

Aygün  Məmmədova

Siyasi və İctimai elmlər Məktəbi

Tarix üzrə fəlsəfə doktoru

Məmmədova Aygün Musa qızı 20 may 1979-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində dünyaya gəlmişdir.  1985-1995-ci illərdə Bakı şəhəri Yasamal rayonundakı 31 saylı orta məktəbdə orta təhsil almışdır. 1995-2000-ci illrədə Bakı İslam Universitetinin «İslamşünaslıq» fakültəsində ali təhsil alaraq «islamşünas-şəriət müəllimi» ixtisasına yiyələnib (diplom N 0405, 28 dekabr 2000-ci il). 1997-1998-ci illərdə AMEA N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində zal baxıcısı, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun «Numizmatika» söbəsində baş laborant, 2000-2001-ci illərdə Bakı Musiqi Akademiyasının elmi laboratoriyasında baş laborant, 2005-2006-cı illərdə elmi işçi olaraq çalışıb.   2006-cı ildən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi-fond şöbəsində baş laborant, 2009-cu ildən kiçik elmi işçi, 2012-ci ildən elmi işçi çalışmışam. Hal-hazırda “Fondların uçotu və elmi təsnifatı” şöbəsinin böyük elmi işçisidir.    2007-ci ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin aspirantura pilləsinin “Arxeologiya” ixtisasına qəbul olunmuş, 2013-cü ildə əməkdar mədəniyyət işçisi, t.e.d., prof. Ə.M.Rəcəblinin elmi rəhbərliyi ilə “Ərəb Xilafəti dövründə Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür (FD 09295, 27 yanvar 2015-ci il). Muzeydə çalışdığı müddətdə yeni muzey ekspozisiyasının təkmilləşməsi, sərgilərin qurulmasında, elmi-mədəni tədbirlərdə iştirak etmiş, yerli və xarici konfranslarda məruzələrlə çıxış etmişdir. Liviya (Tripoli), İordaniya (Əmman), Yaponiya (Tokio), Türkiyə (İstanbul, Kayseri), Rusiya (Moskva, Sankt-Peterburq, Volqoqrad və d.), Tatarstan (Bulqar), Qazaxstan (Nur Sultan), Özbəkistanda (Daşkənd) keçirilmiş bir sıra simpozium və konfranslarda iştirak etmiş, məqalələri nəşr edilmişdir.    2020-ci ildən Qərbi Kaspi Universitetində saathesabı müəllim olaraq tədris edir.     

Diana

Diana  Cəfərova

Siyasi və İctimai elmlər Məktəbi

Tarix üzrə fəlsəfə doktoru

Cəfərova Diana Hidayət qızı Bakı Dövlət Universitetin «Tarix» fakültəsində təhsil almışdır 2007 –ci ildə “ Son Tunc ve Erkən Demir dövrdə Qarabax tayfalarının silahlar” adlı dissertasiyasını müdafiə etməklə tarix üzrə fəlsəfə doktoru adını almışdır 2001-2018 illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Siyasi tarix» və «Beynəlxalq münasibətlər» kafedralarında calışmışdır 2010-2012 -ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Beynəlxalq iqtisadi münasibətlər» fakültəsində təhsil almışdır. 2013-ci ildə Ali Attestasiya Komissiyasının tərəfindən dosent diplomu verilib Hal hazırda Qərb Kaspi universitetinin Politologiya vvə Beynəlxalq münasibətlər kafedrasında çalışır   Əsas elmi əsərlər 1.«Azərbaycan tarixinde gender aspektleri» Azərbaycan Respublikası Təhsil Nazirliyin təsdiq etdiyi program üzre metodik tövsiyeler Bakı, 2007 2.Qarabağın Son Tunc dövrün abidələrindən döyüş yabaları. Qafqazın Arxeologiya,Etnologiya ve Folkloristikası. Elmi konfransın materialları Tiflis 2007 3. Son Tunc Qarabağ abidələrindən tunc qılıncları . Kafkazın Arheologiya,Etnologiya ve Folkloristikası. Elmi konfransın materialları Mahaçkala 2009 4.Оружие племен Карабаха эпохи бронзы и раннего железа (Монография), Баку 2008 5. «Beynəlxalq munasibətlər nəzəriyyəsi» fənninin programı. Azərbaycan Dövlət İqtisad Universiteti “Beynəlxalq Munasibətlər” ixtisası uzrə fənn programları toplusu Baki 2010 6 .«Gender problemləri» fənninin programı. Azərbaycan Dövlət İqtisad Universiteti “Beynəlxalq Munasibətlər” ixtisası uzrə fənn programları toplusu Baki 2010 7.Qədim Azərbaycanda hərbi işin ortaya gəlməsinin səbəbləri. Qafqazın Arheologiya,Etnologiya ve Folkloristikası. Elmi konfransın materialları Tiflis, 2010 8.“Dipolmatik portret” fənninin proqramı.Azərbaycan Dövlət İqtisad Universiteti Bakı 2011 9.“Beynəlxalq münasibətlərin nəzəri və metodoloji əsasları” fənninin proqramı.Azərbaycan Dövlət İqtisad Universiteti “Beynəlxalq Munasibətlər” ixtisası uzrə fənn programları toplusu Baki 2010 10. “Azərbaycan tarihinde Gender aspektleri” fənni üzrə metodik vəsaiti.Azərbaycan Dövlət İqtisad Universiteti Bakı 2012 11.«Qedim Qarabağda silahların ve hərbi işin yaranması» (Dərslik) Azərbaycan Dövlet İqtisad Universiti Bakı 2013 12.«Гендерные проблемы» Учебник.Azərbaycan Dövlet İqtisad Universiteti Баку 2013 13. Новые исследования в некрополе «Палыдлы».Материалы научной конференцииИА РАН Е.И.Крупнов и развитие археологии Северного Кавказа XXVIII Крупновские Чтения Москва 2014 14. Ходжалинский лабиринт : фортификация, временное убежище или культовое сооружение.AMEA Azəbaycan Qarabağın Arxeologiya Irsi Beynəlxalq Konfrans , Bakı 2016 15. Фортификационное дело в древнем Карабахе.AMEA Xəbərlər İctimai Seriyası , Bakı-2017 16.История Азербаджана (с древнейших времен до наших дней) Учебник для вузов (в соавторстве с Г.Ф.Джафаровым) Bakı,” İqtisad Universiteti”-2017 17. Voldemar Belk, Emil Resler, Yakob Hümmelin Azərbaycanda arxeoloji qazıntıları.“Azərbaycan Arxeologiyası” jurnalı, Xəzər universitesinin elmi orqanı. 2020,№ 2, Bakı, 2021 18.Qarabağın qədim dövr arxeoloji abidələri(ən qədim dövrlərdən e.ə. VIII əsrə qədər). “Azərbaycan Arxeologiyası” jurnalı, Xəzər universitesinin elmi 2021,№1. Bakı, 2021,

Günay

Günay  Həsənova

Siyasi və İctimai elmlər Məktəbi

Tarix üzrə fəlsəfə doktoru

Günay Çapay qızı Həsənova orta təhsilini 1989-2000-ci ilərdə Tovuz rayonu Düz Qırıqlı kənd orta məktəbində təhsil almışdır.  2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin Tarix fakultəsini bakalavr, 2006-2008-ci illərdə magistratura pilləsini Fərqlənmə Diplomu ilə bitirmişdir. 2008-2011-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda doktorantura pilləsi üzrə təhsil alaraq, 2014-cü ildə tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2008-ci ildə Azərbaycan İstiqlal Muzeyində elmi işçi, 2008-2019-cu illərdə ədliyyə orqanlarında böyük inspektor və şöbə rəisi, 2019-2021-ci illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda baş mütəxəssis, 2021-2022-ci ilərdə Qərbi Kaspi Universitetində şöbə müdiri vəzifələrində çalışmışdır. Hal-hazırda Qərbi Kaspi Universitetində Tarix  kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir. Dissertasiya mövzusu: “Azərbaycan xalqının məişət mədəniyyəti” etnoqrafik araşdırma. “Azərbaycanın ənənəvi məişət mədəniyyəti” adlı monoqrafiyanın, “Etnoqrafiyanın əsasları”, “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və tarixşünaslığı”, “Tarixin tədrisi və tədqiqində muzeylərin rolu” adlı fənn proqramlarının müəllifidir. Tədris istiqaməti:  Etnoqrafiyanın əsasları, Qafqaz xalqlarının etnoqrafiyası, Azərbaycan tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və tarixşünaslığı, Tarixin tədrisi və tədqiqində muzeylərin rolu, Etnoqrafik Tədqiqatlara Dəstək İctimai Birliyinin təsisçisi və sədridir.

Günel

Günel  Rəhimli

Siyasi və İctimai elmlər Məktəbi

Tarix üzrə fəlsəfə doktoru

Rəhimli Günel Əşrəf qızı 1988-ci ildə Naxçıvan MR-nın Ordubad rayonu Vənənd kəndində anadan olmuşdur.  2005- ci ildə Bakı şəhərində  261 saylı məktəb liseyi bitirmiş. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində bakalavr təhsili almış, 2009-2012-ci illərdə həmin fakültənin “Azərbaycanın qədim və orta əsrlər tarixi”  kafedrasının magistrantı olaraq təhsilini davam etmişdir. 2014-2017-ci ildə BDU-nun Azərbaycan tarixi  kafedrasının doktorantı olaraq  Günel Rəhimli “Səfəvilərin Ərdəbil hakimliyi və Qızılbaş ideologiyası” adlı dissertasiya işini yazmış, 17 mart 2023-cü il tarixində  Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Akademik fəaliyyəti dövründə Business English: Networking (University of Washington),   Get Organized: How to be a Together Teacher (RELAY/GSE),  Presentation skills: Designing Presentation Slides (Tomsk State University), Azərbaycanda  Tədqiqat Potensiyalının gücləndirilməsi (ADA Universiteti),   Islamic Art (Aga Han Museum), Microsoft Office Programs (AMEA İnformasiya Texnologiyaları İnstitutu), Academik Writing and Scientific Refeeing (IKSAD,Turkiye), Researcher Connect Online Training Programme (British Council) Gender bərabərliyinin təmin olunması: Qadınlar diqqət mərkəzində Qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə (İnsan Hüquqları İnstitutu və BMT-nin Əhali fondu) kimi kurs və təlimlərərin iştirakçısı olmuşdur. Beynəlxalq və yerli konfranslarda məruzə ilə çıxış etmiş, ölkədə və xaricdəki elmi jurnallarda 24 elmi məqalələri dərc edilmişdir.

Aydın

Aydın  Mirzəzadə

Siyasi və İctimai elmlər Məktəbi

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“Politologiya”  kafedrasının  müəllimi Akademik fəaliyyətinin istiqamətləri: Politologiya sahəsində geniş tədqiqat işi aparır. Siyasi təhlil və proqnozlaşdırma   Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Aydın Mirzəzadə 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə qəbul olunmuş və 1980-ci ildə buranı inşaatçı-mühəndis ixtisası ilə bitirmişdir. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının yaradılmasında iştirak etmiş və 1992–1999-cu illərdə təşkilatın sədri olmuşdur. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 29 yanvar 2015-ci ildən 1 aprel 2021-ci ilədək YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri olub Azərbaycan Milli Ensiklopediyasının eksperti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 13 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir. Politologiya sahəsində geniş tədqiqat işi aparır. 2014-cü ilin sonunda Aydın Mirzəzadənin Türkiyənin MLEC Kitab Nəşriyyatı tərəfindən türk dilində "Karabağ düğümü" adlı kitabı böyük tirajla çap edilib. Kitabda çoxsayı xəritələr, şəkillər, tarixi sənədlər, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər verilib. 2016-cı ilin sonunda Aydın Mirzəzadənin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində erməni dilində "Qarabağ düyünü" kitabı nəşr ediliib. Bu azərbaycanlı tədqiqatçının xaricdə erməni dilində Qarabağ problemininə dair nəşr edilən ilk fundamental əsəridir. Kitabları Azərbaycan Respublikasında çoxpartiyalı sistemin formalaşması xüsusiyyətləri. Bakı, "Azərbaycan", 2001. Yeni Azərbaycan Partiyası: yaranması, formalaşması və əsas fəaliyyət istiqamətləri. Bakı, "Azərbaycan", 2002. Demokratiya plyus. Bakı, "Azərbaycan", 2004. Azərbaycan, Zaman, İnkişaf. Bakı, "Azərbaycan", 2008. "Qarabağ düyünü", Bakı, "Azərbaycan", 2012. "Müdriklik dərsləri. I hissə", Bakı, "Azərbaycan", 2014. Karabag dügümü[25] Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi: tarixi, mövcud durum və həlli yolları, Bakı, "Azərbaycan", 2015, səh 206. "Müdriklik dərsləri. II hissə", Bakı, "Azərbaycan", 2016. Qarabağ düyünü (kitab, ermənicə), Sankt-Peterburq, 2016 Heydər Əliyev siyasi irsinin politoloji aspektləri, Bakı, "Azərbaycan", 2016 Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi, Bakı, "Azərbaycan", 2017. "Müdriklik dərsləri. III hissə", Bakı, "Azərbaycan", 2018. Elmi nəşrlər: Зарбалиева Т.С., Джафарова Э.Э., Ахундов М.М., Гаджиев Р.В., Бабаева Д.Г., Мухтаров Т.С. Особенности развития зообентоса у западного берега Среднего и Южного Каспия под воздействием экологических факторов // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri. I cild. Bakı: Elm, 2008. S.573-579. Зарбалиева Т.С., Джафарова Э.Э., Ахундов М.М., Гаджиев Р.В Использование новых информационных технологий в сборе и обработке первичных материалов по зообентосу Каспийского моря// Yeni informasiya texnologiyalarının elmi-tədqiqat işlərinin təhlilinə tətbiqi. III elmi-praktiki seminarın materiallar. Bakı-“Elm”- 2008. S. 209-212. Зарбалиева Т.С., Джафарова Э.Э., Ахундов М.М., Гаджиев Р.В., Касимов А.М. Состояние кормовой базы бентосоядных рыб у западного берега Среднего и Южного Каспия // Комплексный подход к проблеме сохранения и восстановления биоресурсов Каспийского бассейна. Матер.науч.-практ.конфер. Астрахань, 2008. С.220-224. Джафарова Э.Э. Характеристика макрозообентоса мелководий западного прибрежья Среднего Каспия летом 2008 года // Ölkə iqtisadiyyatinin inkişafında elmi-texniki informasiya sisteminin rolu. II beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı: Elm, 2008. S.306-311. Джафарова Э.Э., Багиров Р.М. Распределение макрозообентоса западного прибрежья Среднего Каспия в современных условиях // Матер. Всероссийск. науч.- практ. конф. «Экология, эволюция и систематика животных». Рязань, 2009. С. 68-71. Джафарова Э.Э. Состояние зообентоса западного побережья Среднего Каспия // Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş “Biologiyada elmi nailiyyətlər” mövzusunda respublika elmi konfransının materialları. “Bakı Universiteti” nəşriyyatı, 2009. S. 391-392. Джафарова Э.Э. Фаунистическая характеристика макрозообентоса западного шельфа Среднего Каспия // Azərbaycan Aqrar elmi, elmi nəzəri jurnal, № 1-2 Bakı, 2010, S 135-139. Джафарова Э.Э., Багиров Р.М., Мухтаров Т.С., Бабаева Д.Г., Ахмедова В.Ш. Таксономический состав донных беспозвоночных западного прибрежья Среднего Каспия по результатам исследований 2008-2009 годов // Материалы международной научно-практической конференции «Регионы в условиях неустойчивого развития». Кострома, 2010. С.377-380. Джафарова Э.Э. Количественное распределение макрозообен-тоса азербайджанского шельфа Среднего Каспия // журнал Вестник МОГУ, серия «Естейственные науки», № 3 Москва, 2010. с. 109-111. Джафарова Э.Э. Экологические основы годовых флуктуаций состояния макрозообентоса Среднего Каспия в последние годы // AzərbaycanZooloqlarCəmiyyətinin əsərləri. II cild. Bakı: Elm, 2010. S.723-728. Джафарова Э.Э. Особенности состояния макрозообентоса азербайджанского шельфа Среднего Каспия // Тезисы докладов «XXI съезд физиологического общества имени И.П.Павлова». Москва-Калуга, 2010.С.186. Джафарова Э.Э. Структура Сообщества полихеты Nereisdiver-sicolorO.F.Muller на азербайджанском шельфе Среднего Каспия // Материалы III международной научно-практической конференции «Чтение памяти проф.И.И. Барабаш-Никифорова», Воронеж, 2011, с.124-128. Джафарова Э.Э. Характеристика биоценоза олигохет азербай-джанского шельфа Среднего Каспия // AzərbaycanZooloqlarCəmiyyətinin əsərləri. II cild. Bakı: Elm, 2011. S 97-83. Джафарова Э.Э. Особенности формирования донных сообществ макрозообентоса Азербайджанского шельфа Среднего Каспия // Научные труды III съезда физиологов СНГ, Москва-Ялта, 2011, 209. Джафарова Э.Э., Багиров Р.М. Современные сообщества мак-розообентоса западного шельфа азербайджанского сектора Среднего Каспия // Материалы III международной научно-практической конференции молодых ученых «Комплексные исследования биологических ресурсов южных морей и рек». Астрахань, 2012, с.42-43. Джафарова Э.Э. Современные сообщества макрозообентоса западного шельфа азербайджанского сектора Среднего Каспия // журнал Доклады Академии Наук, № 4, Баку, 2012, С. 72-81. 17. Джафарова Э.Э. Многолетний мониторинг макрозообентоса западного шельфа Среднего Каспия// Материалы международ-ной научно-практической конференции «Сохранение и восста-новление биоресурсов Каспийского басейна». Баку, 2013, с. 262-265. Джафарова Э.Э. Макрозообентос глубоководной зоны западной части Среднего каспия // V Межд. науч-практ. конф. «Проблемы сохранения экосистемы Каспия в условиях освоения нефте-газовых месторождений». Астрахань, 2013, с.70-72. Джафарова Э.Э. Глубоководная фауна западной части Среднего Каспия // журнал естественные и технические науки, № 4, Москва, 2013, с. 90-94. Başçınar N.S., Gözler A., Jafarova, E.E., Aytan Ü., Akpınar- Özcan İ., Atılgan E., Erbay M., Mısır D. S., Zengin B.,2015.Biological Diversity of Marine Macro-zoobenthic Communities and Benthic Ecological Quality at Southeastern Black Sea (Samsun) in Spring Season, Regional Workshop on Black Sea Marine Ecosystems and Fisheries,18-20 November 2015,Trabzon, Turkey. Nimet Selda Baçinar, Bayram Zengin, İlkay Özcan-Akpinar, Elvan Atılgan, Ahmet Mutlu Gözler, Elnara Eldar Jafarova, Ülgen Aytan, Murat Erbay, D. Selim Mısır, 2016. Dogu Karadeniz (Samsun-Hopa) kıyılakinda bentik ekolojik kalite. Türkiye Deniz Bilimleri Konfransi, ODTÜ Kültür ve Kongre Verkezi, 31 Mayıs-3Haziran 2016, Ankara, Türkiye. Başçınar, N.S., Gözler, A.M., Jafarova, E.E., Erbay, M., Aytan.,Ü., Akpınar,İ. Ö., Atılgan, E., Mısır., D.S., Zengin, B., 2017. Quantitative distribution of Macro-Zoobenthic communities along the Southeastern Black Sea Coast. International Ecology Symposıum. Ecology 2017. Abstract Book p739. 11-13 May 2017. Kayseri, Turkey. Başçınar, N.S., Gözler, A.M., Erbay, M., Jafarova, E.E., Akpınar,İ. Ö., Atılgan, E., Aytan.,Ü., Mısır., D.S., 2017. Diversity of Marine Macro-zoobenthic Communities at Southeastern Black Sea (Ordu-Hopa) in Spring . International Ecology Symposıum. Ecology 2017.Abstract Book p120. 11-13 May 2017. Kayseri, Turkey. Başçınar, N.S.,Atılgan, E., Aytan.,Ü., Jafarova, E.E., Gözler, A.M., Erbay, M., Akpınar,İ. Ö., Mısır., D.S.,2017. Changesof Soft Bottom Macrozoobenthic Diversity with Depth in the Southeastern Black Sea. The 3rd International Symposium on EuroAsian Biodiversity 05-08 July 2017, Abstract Book p 511,July, Minsk – BELARUS. Jafarova E.E., Akhundov M.M. Peculiarity of mollusk communities distribution of the Middle Caspian based on biomass indicators and their spatial structure // Where Est meets West: Pontocaspian, the historical dimension of the evolution of a unique biodiversity. Rostov-on-Don, Kagalnik, Astrakhan, p 24, 2017. Джафарова Э.Э., Ахундов М.М. Характеристика распределения сообществ моллюсков Среднего Каспия и их пространственная структура. Материалы VI международной научно-практической конференции «Проблемы сохранения экосистемы Каспия в условиях освоения нефтегазовых месторождений», Астрахань, 2017,с 68-74.

Səbinə

Səbinə  Manafova

Siyasi və İctimai elmlər Məktəbi

Baş müəllim

Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 2001-cı ildə ABŞ İndiana Universitetində Amerikaşünaslıq üzrə praktika keçib və həmin universitetdə Azərbaycan Respublikasının Tarixi və Siyasəti üzrə təlim keçirildi. 2004 cü ildə Qərb Universiteti və İndiana Universiteti ilə mübadilə proqramı iştirakçısı olub. 2003 cü ildə Beynəlxalq Liderlik proqramının çərçivəsində ABŞ Dövlət departamentində praktika keçmişdir. 2005-2007 ci illər ərzində ABŞ fakültə inkişafı proqramı iştirakçısı olub. Azərbaycan Futuroloqlar və Amerika tarixçilərinin təşkilatların  üzvüdür. 2016 cı-ilin fevral ayında gender problemlərinin həlli və sosial siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif olunmuşdur.2017-2019 cu illərdə Avropa Şurasının Gender bərabərliyi komitəsində və İslam Əməkdaşlıq Təşkilatının sosial məsələləri üzrə Azərbaycan Respublikasını təmsil etmişdir.Bir sıra beynəlxalq qlobal forumlarının iştirakçısı olub. 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatının “İnsan Hüquqları Məsuliyyətləri” kursu, 1-17 iyun 2021-ci ildə İsraildə MASHAV-ın təşkil etdiyi “Böhran dövrlərində gender əsaslı zorakılıqla mübarizə” kursu keçmişdir. 2021-ci ildə Rusiya Elmlər Akademiyasının Federal Nəzəri və Tətbiqi Sosiologiya Mərkəzinin Demoqrafik Tədqiqatlar İnstitutu (İDR RAS), Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbi, Moskva Dövlət İqtisadiyyat İnstitutu və Lomonosov adına Moskva Dövlət Universiteti ilə birgə təşkil olunan “MDB ölkələrinin demoqrafik inkişafı” kursu bitirib. 2022-ci ildə “Təlimçilik məktəbi” TOT Peşəkar Təlimçi Hazırlıq proqramında və “Genderyönümlü pedaqogika” təlim proqramında iştirak etmişdir.

Elvin

Elvin  Xudaverdiyev

Siyasi və İctimai elmlər Məktəbi

Müəllim

Elvin Elşən oğlu Xudaverdiyev 1999-cu ildə Şəki rayonunda anadan olmuşdur. 2005-2016-cı illərdə tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə Sumqayıt Dövlət Universitetinin “Politologiya” ixtisasında təhsil alıb. “Müasir Dövrdə Opek Dövlətlərinin Neft Siyasəti” adlı buraxılış işini müdafiə edərək universiteti qırmızı diplomla bitirmişdir. 2020-2022-ci illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin “Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistratura pilləsində təhsil almış, “Müasir dövrdə Azərbaycan Respublikasının Multikulturalizm siyasəti və beynəlxalq arenada milli maraqların reallaşdırılması” adlı dissertasiya işini müdafiə edərək magistratura pilləsini yüksək qiymətlərlə bitirmişdir. 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.A. Bakıxanov adına “Tarix və Etnologiya” institutunun “Ümumi tarix” ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşdur. “Müasir dövrdə Qərbi Avropa dövlətlərinin multikulturalizm modelləri: qlobal çağırışlar və perspektivlər (1991-2022)” dissertasiya mövzusu üzərində çalışır. 2023-cü ildən Qərbi Kaspi Universitetinin “Tarix” kafedrasında  müəllim vəzifəsində çalışır. 7 elmi məqalənin müəllifidir. “Azərbaycanın multikulturalizm siyasəti” adlı kitabı nəşr olunmuşdur.

Elxan

Elxan  Rəhimov

Siyasi və İctimai elmlər Məktəbi

Müəllim

Elxan Rəhim oğlu Rəhimov 2005-ci ildə Birləşmiş Krallığın London şəhərində yerləşən “HULT” universitetininə daxil olmus. 2009-cu ildə Bakalavr dərəcəsini bitirib, elə həmin universitetin Magistr dərəcəsində təhsil alıb 2010-cu ildə təhsilini bitirmişdir. Daha sonra 2010-cu ildə London şəhərinin “The City Law School, University of London” universitetinin Hüquq fakultəsində 1 il təhsil almışdir. “HULT” universitetində təhsil aldığı müddətin 2008-ci ilində London Universitetlər Birliyinin (ULU) əməkdaşı olaraq işləmiş.2010-cu ildən tərcüməçi və fərdi İngilis dili müəllimi olaraq da çalışmışdır. İngilis dili ilə yanaşı, danışdığı bir neçə digər dilləri ( Azərbaycan, Rus, Türk, Ərəb, Fransız, Bolqar, Alman) yaşadığı ölkələrdə sahiblənmişdir. 2018 – ci ildən Qərbi Kaspi universitetində müəllim vəsifəsində çalışmışdır. Çalışdığı illərdə “Beynəlxalq münasibətlər tarixi”, “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, “Siyasiət nəzəriyyəsi”, “Siyasi tarixi”, “Konfliktologiya”, “Politologiya”, “Müasir təhlükəsizlik”, və s. dərsləri tədris etmişdir. Bir sıra beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda Qərbi Kaspi universitetinin “Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müəllimi vəzifəsində çalışmaqdadır.