Qərbi Kaspi Universiteti

Fakültələr

Menecment

Proqram: Menecment üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

Təhsil proqramı: PDF_fayl >

Proqramın məqsədi: PDF

Matrix: PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqram tərkibi >

 

Menecment ixtisası proqramı tələbələrə təşkilatların idarə olunması, biznes proseslərinin təşkili və effektiv rəhbərlik üçün lazım olan həm nəzəri, həm də praktiki bilik və bacarıqları verir. Menecment üzrə bakalavr dərəcəsi tələbələrə idarəetmədə yaranan problemlər və onların təhlil yollarını öyrədən çoxsahəli təhsil proqramıdır. Tələbələr idarəetmə sahəsində texniki və nəzəri bilikləri əldə etməklə yanaşı, yüksək karyera sahibi ola bilmək üçün əsas bacarıqlara yiyələnirlər. İdarəetmə sisteminin tərkib hissəsi olan marketinq, iqtisadiyyat və riyaziyyat sahələrinə bu təhsil proqramı çərçivəsində böyük diqqət yetirilir. Həmçinin tənqidi düşüncə, problemlərin həlli, təhlili və şəxsiyyətlərarası münasibətlərdə bacarıqların inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

 

Əldə ediləcək bilik və bacarıqlar

-Menecmentin əsas anlayışları, prinsipləri və funksiyaları

-Təşkilatların strukturu və idarə olunması

-Strateji planlaşdırma və qərarvermə prosesləri

-İnsan resurslarının idarə olunması və liderlik

-Maliyyə və resursların idarə olunması

-Marketinq və satışın idarə edilməsi

-Layihələrin idarə olunması və əməliyyatların təşkili

-Risklərin idarə olunması və innovasiya prosesi

-Beynəlxalq menecmentin əsasları

-Biznes etikası və hüquqi aspektlər

-Effektiv komanda işi və liderlik bacarıqları

-Qərarvermə və problem həll etmə qabiliyyəti

-Biznes planlarının hazırlanması və həyata keçirilməsi

-İnsan resurslarının seçimi, təlimi və motivasiyası

-Maliyyə hesabatlarının hazırlanması və analizi

-Marketinq strategiyalarının hazırlanması və tətbiqi

-Layihələrin idarə olunması və resursların optimallaşdırılması

-Münaqişələrin idarə olunması və kommunikasiya bacarıqları

-Analitik düşüncə və məlumatların təhlili

 

Məzunların iş tapmaq imkanları

Menecment ixtisası bitirən tələbələr çox geniş bir iş sahəsinə sahibdirlər və müxtəlif sektorlarda müxtəlif mövqelərdə işləyə bilərlər. Bu ixtisas həm strateji, həm də əməliyyat yönümlü bir sahə olduğu üçün, menecment sahəsində təhsil alan şəxslər çox sayda fərqli sahələrdə fəaliyyət göstərə bilərlər.Məzunlar həm özəl həm dövlət sektorunda layihə menecmenti,insan resursları menecmenti, ictimaiyyətlə əlaqələr, müştəri əlaqələrinin idarəedilməsi,satınalmalar üzrə menecer, əməliyyatlar üzrə  menecer peşələrində işləyə bilərlər. Həmçinin  sahibkar, dövlət qulluqçusu kimi də fəaliyyət göstərə bilərlər.