Biznes və idarəetmə Məktəbi
Qərbi Kaspi Universitetinin “Biznes və Idarəetmə" Məktəbi biznes sferasında fəaliyyət göstərərək öz bacarıqları və imkanları maliyyə vəsaitləri, marketinq siyasəti ilə ölkəmizin iqtisadiyyatının sərbəst inkişafına şərait yarada biləcək mütəxəssislər yetişdirir. Məktəbdə Azərbaycan, rus, ingilis dilli çoxsaylı dərslik və dərs vəsaitləri, proqram və metodik materiallardan yeni, işıqlı və geniş müasirtipli tədris otaqlarında yüksək keyfiyyətli tədris və təlim mühiti yaradılmışdır.
“Biznes və Idarəetmə" Məktəbi universitetin aparıcı məktəbi kimi daima diqqət mərkəzindədir. Məktəbin məzunları yüksək peşəkarlıqları ilə xalq təsərrüfatının müxtəlif sahələrində müvəffəqiyyətlə qarşıya qoyulan məsələlərin həllində iştirak edirlər. Məktəbdə tədrisi həyata keçirilən ixtisaslar bakalavr, magistr, doktorantura və dissertantura təhsil pillələrində aparılır.
“Biznes və idarəetmə" Məktəbinin güclü ixtisaslarından biri - biznesin idarə edilməsidir. Biznesin idarə edilməsi ixtisası — müəssisələrin və təşkilatların effektiv fəaliyyətini təmin etmək üçün lazım olan bilik və bacarıqları öyrədən akademik sahədir. Bu ixtisas həm nəzəriyyəni, həm də praktiki aspektləri əhatə edir və tələbələrə müxtəlif biznes proseslərini anlamağa və idarə etməyə imkan verir.
Cəmiyyətin iqtisadi həyatı mürəkkəb, çoxtərəfli olsa da iqtisad elmləri sistemində turizm özünəməxsus yerə malikdir. Müasir insanın həyat tərzi səviyyəsi, bu həyatın stili, onun standartları, xidmətlər sahəsinin, təhsil və istirahət kimi anlayışları özündə birləşdirir.
Turist tələbatları turist məhsuluna olan istehlak tələbatının əsasını təşkil edir. Turist xidmətləri istehsalı turist sənayesini formalaşdırır. Turist məhsulunun (turun) formalaşması və onun sonradan turist bazarında reallaşdırılması prosesi olduqca mürəkkəb və spesifik bir sahədir. Bu sahədə kadr hazırlığı Respublika Universitetləri arasında ilkin idi.
Qeyri-neft sektorları arasında prioritet sahə kimi turizm sferası hazırlanan kadrlar gələcək iqtisadiyyatımızda həlledici rol oynaya bilər.
“Biznes və Idarəetmə" Məktəbinin müəllim heyəti 1 nəfər elmlər doktoru, 8 nəfər fəlsəfə doktoru, 16 nəfər isə ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə və başqa xarici ölkələrdə təhsil almış, xalq təsərrüfatının aparıcı sahələrində çalışan mütəxəssislərdən ibarətdir. Bununla yanaşı xarici ölkələrin aparıcı ali təhsil ocaqlarından dəvət olunmuş professor-müəllimlər tədris prosesinə cəlb olunurlar.
Tələbələrimiz Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, AMOCO, Praysuotershaus Kupers, BP, Hyatt Regency, Radisson və başqalarının təşkil etdiyi görüşlərdə, təqdimat mərasimlərində və başqa tədbirlərdə iştirak edirlər. Bununla tələbələr praktik bacarıqlar və təcrübə qazanır və universiteti bitirdikdən sonra işə düzəlmək imkanı əldə edirlər. Məktəb beynəlxalq TASİS TEMPUS, Erasmus-Mundus, Mövlanə, Visegrad Fondu və digər beynəlxalq proqramlar çərçivəsində xarici əməkdaşlar ilə birlikdə bir sıra layihələrdə iştirak edir.
“Biznes və Idarəetmə" Məktəbinin müasir kompüter, internet mərkəzi və elmi kitabxana mərkəzi var.
Bizimlə Əlaqə:
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A
İndeks: AZ1072
Telefon: +994 12 565 39 77
Biznes və İdarəetmə məktəbinin Elmi Şurasının tərkibi
Tədris planı
Təlim nəticələri
Biznesin idarə olunması əldə olunan təlim nəticələri
Məzunlar
“Biznes və idarəetmə” məktəbinin məzunlarının çalışdığı iş yerlərinin siyahısı
Məzunlar arasında keçirilmiş məmnuniyyət sorğuları əsasında ixtisas haqqında əldə edilən datalar
Müəllim-Professor heyəti
Müəllimlərin qiymətləndirilməsi
Məqalələr
Turizm və sahə iqtisadiyyatı-SCOPUS
Kafedralar
Akademik heyət
Bakalavr səviyyəsi üzrə
Magistratura səviyyəsi üzrə
Doktorantura səviyyəsi üzrə
- Natiq Mirzəyev - Biznes və idarəetmə Məktəbinin dekanı, dosent, İ.ü.f.d
- Səfər Pürhani - Professor, İqtisad elmlər doktoru, Turizm və sahə iqtisadiyyatı kafedrasının müdiri
- Gülnisə Mustafayeva - Marketinq və idarəetmə kafedrasının müdiri, dosent, İ.ü.f.d.
- Aydın Rəfiyev - İqtisad üzrə fəlsəfə doktoru
- Sevda Məmmədova - iqtisad üzrə fəlsəfə doktoru
- Rasim Abbasov - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Xanım Ağayeva - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Kəmalə Dadaşova - i.ü.f.d., b/m
- Əmirxan Paşayev - Doktorant
- Aynur Axundlu - Müəllim
- Fərhad Abdullayev - Müəllim
- Həsən Rəhimli - Müəllim
- Hicran Rzazadə - Müəllim
- Hikmət Həsənov - Müəllim
- Kəmalə Hüseynova - Müəllim
- Miryusif Cavadzadə - Müəllim
- Murad Əlili - Müəllim
- Murad Tağızadə - Müəllim
- Nigar Bağırova - Müəllim
- Nizami Hüseynov - Müəllim
- Nüsrət Babayev - Müəllim
- Səxavət Mirzəyev - Müəllim
- Ülviyyə Xudaverdili - Müəllim
- Vüsal Heydərov - Müəllim
- Vüsalə Cəfərova - Müəllim