Davamlı inkişafın idarə edilməsi
Proqram: Davamlı inikşafın idarə edilməsi
Müddəti: 4 il
Təhsil forması: əyani
Təhsil proqramı: PDF_fayl>
Tədris dili: Azərbaycan
Proqramın tərkibi
"Davamlı inkişafın idarə edilməsi" ixtisasının proqramı tələbələrə cəmiyyətin, iqtisadiyyatın və ətraf mühitin harmonik şəkildə inkişafını təmin edə biləcək mütəxəssislər hazırlamaqdır. Fənnin tədrisi davamlı inkişaf prinsiplərinin öyrədilməsi, strategiya və siyasətlərin hazırlanması, təhlil və idarəetmə bacarıqlarının inkişafı, multidissiplinar yanaşmanın təşviqi, qlobal və yerli problemlərə həssaslıq , dayanıqlı idarəetmə bacarıqlarının aşılanmasını təşkil edir.
Əldə ediləcək bilik və bacarıqlar
1.Davamlı inkişafın əsas prinsipləri:
2.Ətraf mühitin qorunması və ekologiya
3.İqtisadi və sosial inkişaf
4.İnkişaf siyasətləri və planlaşdırma
5.Layihə idarəçiliyi və strateji planlaşdırma
6.Analitik düşüncə və problem həll etmə
7.Liderlik və idarəetmə
8.Tədqiqat və məlumatların təhlili
9Müxtəlif sahələrlə əməkdaşlıq bacarığı
10.Etik və məsuliyyətli qərarvermə:
11.Effektiv kommunikasiya və hesabat hazırlama
Məzunların iş tapmaq imkanları
Məzunlar məkəzi və yerli idarəetmə orqanlarında, yerli özünüidarəetmə orqanlarında, yerli və regional mərkəzlərdə , təşkilati-hüquqi formasından asılı olmayaraq ictimai əhəmiyyətli qurum və şirkətlərdə,beynəlxalq təşkilatlarda, mövcud qaydalara riayət edilməklə müxtəlif elm və təhsil müəssisələrinin müvafiq bölmələrində və peşə-ixtisasına uyğun strukturlarda işləyə bilərlər.