Qərbi Kaspi Universiteti

Fakültələr

Turizm və otelçiliyin idarə edilməsi üzrə

 

Proqram:  Turizm və otelçiliyin idarə edilməsi üzrə

Müddət: 2 il

Kredit sayı: 120

Təhsil növü: əyani

Təhsil proqramı: PDF

Tədris dili: Azərbaycan 

 

Turizm və otelçiliyin idarə edilməsi üzrə - ixtisasi üzrə magistr proqramı – Turizm və otelçiyinin idarəedilməsi ixtisaslaşması üzrə MBA proqramı mühasibat, marketinq, iqtisadiyyat və digər əsas  fənlərlə yanaşı turizm və otelçilik sahəsinə aid olan ixtisaslaşmış fənləri tədris edir. Otelçiliyin idarəedilməsi, turizmin idarəedilməsi, qida və içki məhsullarına nəzarət, marketinq və xidmət əməliyyatlarının idarəedilməsi turizm və otelçilik sənayesinin hərtərəfli əhatə edir. Bu ixtisaslaşmaüzrə MBA proqramı turizm sahəsində təşəbbüslərin irəli sürülməsi və otelçilik biznesinin fəaliyyəti üçün magistrantların turizm sənayesi və biznesin idarəedilməsində əsas bilik və bacarıqlarını formalaşdırır. Magistratura tələbələrinə bu proqram çərçivəsində, öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin davamlı olaraq artırılmasınıa müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes etikası, təqdimat qabiliyyəti, vaxtın idarə edilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradır. Magistrantlar mütləq magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməli və ya buraxılış layihəsi hesabatı verməlidirlər.

 

Karyera imkanları

“Biznesin təşkili və idarə edilməsi (turizm və otelçiliyin idarə edilməsi üzrə)” ixtisası üzrə təhsil proqramının məzunları:

- Turizm sahəsində layihə rəhbərləri;

-  Sahibkarlar; Məsləhətçilər xidməti;

- Məhsulların ixtiraçıları və istehsalçı kimi özəl şirkətlər;

- Dövlət və beynəlxalq layihələr;

- Təşkilat və müəssisələrində öz peşə fəaliyyətlərini qura bilər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

 

Proqram strukturu

  • İqtisadiyyat  (Turizmdə)
  • Turizm və otelçilik əməliyyatlarında gəlirlərin maksimallaşdırılması 
  • Turizm və otelçilik idarə edilməsində təhlükəsizlik 
  • Qida və içki məhsullarına nəzarət 
  • Liderlik
  • Turizmdə bronlaşdırma proqramları 
  • Beynəlxalq turizm və otelçilik qanunvericiliyi 
  • Turizm və otelçilik sahəsində rəqabətlilik və innovasiya 
  • Maliyyə menecmenti
  • İdarəetmənin informasiya sistemləri 
  • İnsan resurslarının idarə edilməsi
  • Biznesdə oyunlar nəzəriyyəsi
  • Biznes menecmenti