Tətbiqi proqram təminatı
Proqram: Tətbiqi proqram təminatı
Müddət: 2 il
Təhsil forması: əyani
Tədris planı: PDF
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Program haqqında
Magistratura səviyyəsində Tətbiqi proqram təminatı ixtisası qarşıya qoyulan məsələləri həll etmək üçün sistem proqram təminatına əsasən əməliyyat sistemlərinin nəzarəti altında işləmək, tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin avtomatlaşdırılması üçün nəzərdə tutulub.
Müasir zamanda kompüter sahəsinin sürətlə inkişafı yeni proqramların yaranması, əvvəlki proqramların isə daha da inkişaf edib istifadəçiyə xidmət etməsinə təkan verir.
Əldə ediləcək bilik və bacarıqlar
Müxtəlif əməliyyat sistemləri ilə işləyə biləcək;
Proqramlaşdırma dilləri və tətbiqi proqram paketləri ilə yüksək səviyyədə işləmə bacarıqlarına sahib olacaq;
Verilənlərin işlənməsi, analiz və vizuallaşdırılması sahəsində bacarıqlar qazanacaq;
Müasir proqram təminatı arxitekturasını və layihələndirmə prinsiplərini mənimsəyəcəklər;
Avtomatlaşdırılmış həll sistemləri və proqramlaşdırılmış mühitlərdə səmərəli işləməyi bacaracaqlar.
Məzunların iş tapmaq imkanları
Proqram təminatının hazırlanması və inkişafı;
IT analitik və sistem inteqrasiyası;
Bank və maliyyə texnologiyaları sahəsi;
Startaplar və innovativ texnologiyalar;
Elm və təhsil müəssisələri (tədqiqat və proqram təminatı hazırlığı);
Dövlət və özəl təşkilatların IT şöbələri.