Qərbi Kaspi Universiteti

Fakültələr

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

Qərbi Kaspi Universiteti Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsiüzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramını təklif edir.

Proqramın məqsədi:

  • Sistemli analizin obyektləri dekompozisiyası və sintezi
  • Dekompozisiya prosesinin alqoritmləşdirilməsi
  • Aqreqatlaşmanın növləri
  • Riyazi statistikanın əsas məsələləri
  • Nöqtəvi qiymətləndirmə və inam intervalının qurulması
  • Statistik hipotezlərin fərqləndirilməsi
  • Qraflar və orqraflar, qraflar üzərində alqoritmik məsələlər
  • Sonlu avtomatlar və avtomatın keçid qrafı
  • İnformasiya nəzəriyyəsi
  • İnformasiya anlayışı
  • Entropiya, şərti entropiya, kodlaşdırma, optimal kodlaşdırma və xətti kodlar
  • İdarəetmənin əsas anlayışları, mahiyyəti, göstəriciləri və meyarları
  • İdarəetmə obyektləri, idarəetmənin məqsədi və funksiyaları
  • İdarəetmədə qərarlarının qəbulu, idarəetmə sistemləri və onların strukturu
  • İdarəetmədə istifadə olunan riyazi metodlar, optimallaşdırma məsələləri

Universitetin doktorantları və dissertantları elmi işlərin nəticələrinə dair məruzələrlə milli və universitet miqyaslı elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. Doktorantlar (dissertantlar) sahəni əhatə edən nəzəri və metodik əsaslara dair dərin biliklərə yiyələnməklə yanaşı müasir maliyyə və maliyyə sahəsinə aid standartlarda mütəxəssis-alim bacarıqlarına sahiblənirlər ki, bu da onlara başqalarının elmə verdikləri töhvələri anlamaq və sərbəst şəkildə növbəti pillədə də müstəqil elmi işlər görmək imkanı verir. Dissertlanlara tədqiqat layihələrini həyata keçirmək üçün fərdi şəkildə hazırlanmış tədris proqramını təqdim edirik.

Həmçinin, dissertanlar bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz doktorantları üçün beynəlxalq mütəxəssisləri dəvət edir, belə ki, Böyük Britaniyadan Colin Love, Randall Baker, ABŞ-dan Rise Kelsi, Kanadadan Duglass Ross, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal. Bundan əlavə, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus proqramında iştirak etmə imkanını təklif edir.

Proqramda iştirak və gələcək perspektivlər:

Magistraturanı bitirmiş tələbələrə ali səviyyədə doktorantura tədrisi təklif edilir. Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı əsas olaraq Azərbaycanda və ya xaricdə,  biznes-analitik, dizayner, memar, kopiraytor, layihələndirilmə və başqa araşdırma müəssisələrinin heyətində yer almaq üçün tələb olunan ixtisasları qazanmaq istəyən doktorantlar (dissertantlar) üçün nəzərdə tutulub.