Genetika
Genetika
İstiqamət: Biologiya
Proqram: Genetika
Müddət: 2 il
Təhsil forması: əyani
Tədris planı: PDF
Tədris proqramı: PDF
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Proqram haqqında
Genetika magistr proqramı yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən, müasir biologiya və biotexnologiyanın ən mühüm və dinamik inkişaf edən sahələrindən biri olan genetikanın nəzəri əsaslarını və onun müxtəlif tətbiq sahələrini əhatə edən kompleks akademik təhsil proqramıdır. Proqramın əsas məqsədi tələbələrə canlı orqanizmlərdə irsiyyət və dəyişkənlik qanunauyğunluqları, genetik materialın quruluşu, funksiyası və irsiyyətin molekulyar əsasları haqqında dərin və sistemli biliklər vermək, onları müstəqil elmi tədqiqat aparmaq və əldə olunan nəticələri təhlil edib tətbiq etmək bacarıqları ilə təmin etməkdir.
Bu proqram çərçivəsində tələbələr klassik genetika bilikləri ilə yanaşı, molekulyar genetika, genomika, bioinformatika, epigenetika, biotexnologiya, insan və tibbi genetika, populyasiya genetikası və gen mühəndisliyi kimi müasir fənlər üzrə də nəzəri və praktiki hazırlıq keçirlər. Proqram həmçinin tələbələrin müasir laboratoriya avadanlıqları ilə işləmə, molekulyar biologiya və genetika üzrə təcrübi tədqiqatlar aparmaq bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Genetika magistr proqramı interdisiplinar yanaşmaya əsaslanır və biologiya, kimya, informatika, tibb və ətraf mühit elmləri ilə sıx əlaqədə olan tədqiqat və tədris fəaliyyətlərini əhatə edir. Bu, məzunların həm akademik sahədə, həm də biotexnologiya, səhiyyə, kənd təsərrüfatı və ətraf mühit sahələrində fəaliyyət göstərən dövlət və özəl qurumlarda uğurla çalışmasına imkan verir.
Əldə ediləcək bilik və bacarıqlar
· Genetik proseslərin təməl və tətbiqi aspektlərini anlayacaq
· Tədqiqat layihələri hazırlaya və həyata keçirə biləcək
· Genetik xəstəliklərin diaqnostika və analizini apara biləcək
· Etik və hüquqi normaları nəzərə alaraq genetik məlumatları təhlil edəcək
· Multidissiplinar komandalarla əməkdaşlıqda iştirak edə biləcək
Məzunların iş tapmaq imkanları
· Elmi-tədqiqat institutlarında genetik tədqiqatçı
· Klinik və tibbi laboratoriyalarda genetika üzrə mütəxəssis
· Biotexnologiya və farmakogenetika şirkətlərində mütəxəssis
· Təhsil müəssisələrində müəllim və ya tədqiqatçı
· Bioinformatika və genom layihələrində analitik