Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi
Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları” adı ilə fəaliyyətə başlamışdır. Kafedra öz fəaliyyəti dövründə İnformatika və hesablama texnikası istiqaməti üzrə, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlamışdır. 2017-ci ildən isə kafedra Yüksək Texnologiyalar və Təbiət elmləri məktəbinə çevrilmişdir.
Müxtəlif mühəndislik sahələrində professional, tədqiqedici, müstəqil düşüncə sahibi, yaradıcı və innovativ mühəndislər yetişdirməyi, təhsil, tədqiqat və tətbiqi sahələrdə cəmiyyətin və sənayenin ehtiyaclarını qarşılamağı qarşıya məqsəd kimi qoyan Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi təhsil, tədqiqat və sənaye sektorunda seçilməyi hədəfə almışdır.
Sənayenin sürətlə artan mütəxəssis ehtiyacına paralel olaraq, hər keçən gün artan tələbə kontingentinin tələblərinə cavab verə bilmək üçün məktəb professor-müəllim heyətini və maddi texniki bazasını daima inkişaf etdirməkdədir.
Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün məktəbdə ən müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalar, regionda analoqu olmayan laboratoriyalar; geomatika, maşınqayırma, robototexnika, mexatronika, elektronika, avtomatik nəzarət sistemləri, poliqrafiya və kompüter və. s laboratoriyaları, Azərbaycan, İngilis, Rus və başqa dillərdə ədəbiyyatla zəngin olan kitabxana mövcuddur.
Məktəbin professor-müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş, beynəlxalq təcrübəyə malik alim və mütəxəssislərdən ibarətdir.
Məktəbin vəzifəsi tələbələrin yüksək texnologiyalar və innovativ mühəndislik sahələrində fəaliyyət göstərmələri üçün zəruri olan bilik və bacarıqların qazanılmasına imkan yaratmaqdır. Məhz bu səbəbdən, fakültədə aşağıda qeyd olunan laboratoriyalar yaradılıb:
Təbiət elmlərinə aid olan laboratoriyalar
- Kimya və ətraf mühitin monitorinqi laboratoriyası
- Molekulyar biologiya və genetika laboratoriyası
- Botanika kabineti Ekologiya kabineti
- Insan və heyvan anatomiyası və fiziologiyası kabineti
- Geomatika laboratoriyası
Yüksək Texnologiyalara aid olan laboratoriyaları
- Mexanika laboratoriyası
- Fizika laboratoriyası
- Texnopark
- Rəqəmsal mərkəz
- Rəqəmsal texnologiyalar laboratoriyası
Məktəbin həmçinin müasir kompüter və internet mərkəzi, elmi kitabxanası var. Bütün ixtisaslar üzrə tələbələri yüksək keyfiyyətli tədris gözləyir. Tələbələr ABŞ və Avropanın ən təcrübəli şirkətləri ilə birgə işlənmiş müasir laboratoriyalarından yararlana biləcəklər. Təcrübi biliklərin daha yaxşı əldə olunması üçün tələbələr öz ixtisasları üzrə yerli və xarici şirkətlərdə təcrübə keçəcək, həmçinin beynəlxalq və bir sıra dövlət qurumlarının layihələrinə cəlb ediləcəkdir. Bundan əlavə fakültəmizdə təhsil alan tələbələrimiz Erasmus Mundus, Mövlanə və digər beynəlxalq proqramlarda iştirak edirlər.
Bizimlə Əlaqə
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A
İndeks: AZ1072
Telefon: +994 12 565 39 74
Email: technologies.engineering@wcu.edu.az
YTİM məktəbinin Elmi Şurasının tərkibi
Tədris qrafiki
İnformasiya təhlükəsizliyi (Qiyabi)
Kompüter mühəndisliyi (Qiyabi)
Tədris planları
Bakalavr proqramları:
Magistr proqramları:
Kafedralar
Akademik heyət
Bakalavr səviyyəsi üzrə
Magistratura səviyyəsi üzrə
Doktorantura səviyyəsi üzrə
- Ekologiya və ətraf mühit kafedrası
- İnformasiya texnologiyaları kafedrası
- Mexanika və riyaziyyat kafedrası
- Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrası
- Təbiət elmləri kafedrası
- Nailə Quliyeva - Kimya üzrə fəlsəfə doktoru, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı
- Rəna Hacıyeva - Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, İnformasiya texnologiyaları kafedrasının müdiri
- Dürdanə Rüstəmova - Fizika üzrə fəlsəfə doktoru, Mexanika və riyaziyyat kafedrasının müdiri
- Ayaz Məmmədov - Biologiya üzrə fəlsəfə doktoru, Təbiət Elmləri Kafedrasının müdiri
- Səltənət Ağayeva - Elmi işlər üzrə Prorektor, dosent, biologiya üzrə fəlsəfə doktoru
- Xudayar Həsənov - Professor
- Şahlar Əsgərov - f.ü.f.d., prof
- Mixail Remizov - Professor, fizika-riyaziyyat elmləri doktoru
- Aydın Qulubəyov - Fizika-Riyaziyyat Elmləri Doktoru, Mexanika və Riyaziyyat Kafedrasının Müəllimi
- Aydın Yahyayev - Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent
- Esmira Əhmədova - Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
- Çingiz Məmmədov - b.ü.f.d., dosent
- Ramil Sadıqov - Dosent
- Səidə Həsənova - b.ü.f.d, dosent
- Şaban Bəşirov - Texnika elmləri namizədi
- Leyla Cavadova - Kimya elmlər namizədi, Müəllim
- Sənan Həbibov - Fizika riyaziyyat elmləri namizədi
- Ülviyyə Kərimova-Cəfərova - Kimya üzrə fəlsəfə doktoru
- Qoşqar Əliyev - Texnika elmləri üzrə fəlsəfə doktoru, Dosent
- Lalə Qurbanova - Kimya üzrə fəlsəfə doktoru
- Rauf Tağıyev - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
- İlham Səlimov - Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
- Svetlana Quliyeva - Fizika üzrə Fəlsəfə Doktoru
- Səyyarə Nəbiyeva - Fəlsəfə doktoru
- Aruz Mikayılov - Cografiya üzrə fəlsəfə doktoru
- Sevinc Rəcəbova - Biologiya üzrə fəlsəfə doktoru, müəllim
- Mahmud Hümbatov - Biologiya üzrə fəlsəfə doktoru
- Natəvan Kərəmova - Biologiya üzrə fəlsəfə doktoru
- Sevinc Nuriyeva - Biologiya üzrə fəlsəfə doktoru
- Aynurə Paşayeva - Müəllim
- Aysel Fətəliyeva - Müəllim
- Dilarə Tağıyeva - Müəllim
- Ədilağa Məlikov - Müəllim
- Elçin Nağıyev - Müəllim
- Əlixan Rzaquliyev - Müəllim
- Elnarə Firdus - Müəllim
- Elşən Əmrahov - Müəllim
- Elvin Qurbanov - Müəllim
- Əsmər Vəliyeva - Müəllim
- Fatma Əmiraslanova - Müəllim
- Gövhər Aydəmirova - Müəllim
- Gülnar Həmidova - Müəllim
- Günel Məmmədli - Müəllim
- İbrahim Atayev - Müəllim
- Könül Əhmədova - Müəllim
- Məsumə Piriyeva - Müəllim
- Nərmin Əzizli - Müəllim
- Nərminə Abdullayeva - Müəllim
- Qorxmaz Mustafayev - Müəllim
- Reyhan Abdullayeva - Müəllim
- Şahbaz Şirəliyev - Müəllim
- Səbinə İbrahimova - Müəllim
- Səbinə Mustafayeva - Müəllim
- Səma Bayramova - Müəllim
- Sona Fərəcova - Müəllim
- Toğrul Hacılı - Müəllim
- Ulduzə Qurbanova - Müəllim
- Ülkər Qədiyeva - Müəllim
- Biologiya
- Cihaz mühəndisliyi
- Ekologiya
- Ekologiya Mühəndisliyi
- İnformasiya texnologiyaları
- İnformasiya təhlükəsizliyi
- Komputer elmləri
- Kompüter mühəndisliyi
- Meşəçilik
- Mexanika mühəndisliyi
- Mexatronika və robototexnika mühəndisliyi
- Qida Mühəndisliyi
- Su bioehtiyatları və akvakultura