Bioekologiya
Proqram: Bioekologiya
Müddət: 2 il
Təhsil forması: əyani
Tədris planı: PDF
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Program haqqında
Bioekologiya üzrə maqistr dərəcəsi yer planetində mövcud olan bioloji varlıqların ətraf mühitin təsiri ilə dəyişilmə qanunauyğunluqlarını, bu dəyişilmələrin dinamikasını, onların əsas istiqamətlərini və ən çox da planetin o cümlədən Respublikanın bitki örtüyündə biomüxtəlifliyin əsas dəyişilmə tendensiyalarını oyrədən çoxsahəli tədris proqramıdır.
Proqram çərçivəsində ekologiya və biosfer haqqında nəzəriyyə, insanın ətraf mühitə təsiri, bitki örtüyünün yayılması və onun biosferin tənzimlənməsindəki rolu, iqlim dəyişmələrinin ətraf mühitə təsiri və beynəlxalq təşkilatların proqnozları kimi sahələr öyrənilir.
Maqistrantlar bioekoloji elmlərin naliyyətlərinə yiyələnməklə, eyni zamanda müasir tədqiqat üsulları, məsafədən zondlama, MDVİ – vegetasiya indeksinin temperaturdan - LST və yağıntılardan – Pr asılı olaraq dəyişmələri və BAİ – boyvermə indeksi kimi göstəricilərin vasitəsi ilə ətraf mühitdə baş verən dəyişikliklərin öyrənilməsi ilə təcrübi və praktiki biliklər əldə edirlər. Bu məqsədlə Qərbi Kaspi Universiteti maqistrantlar üçün müxtəlif istiqamətlərdə araşdırmalar aparmaq və laborator tədqiqatlarda iştirak imkanları yaratmışdır.
Maqistr dərəcəsi almaq üçün maqistrantlar tədrisin son mərhələsində elmi – tədqiqat və pedagoji təcrübələr keçməli, verilmiş mövzu üzrə dissertasiya işi hazırlayıb onu müdafiə etməlidirlər.
Proqramı uğurla başa çatdıran maqistrantlar insan faktorunun, iqlim dəyişmələrinin, sənaye müəsisələrinin ətraf mühitə təsirlərini, bitki örtüyündə gedən dəyiyişiklikləri, yaranan tullantıların utilizasiyası məsələlərini və s. öyrənən – mütəxəssis ekoloqlar kimi fəaliyyət göstərə bilərlər.
Əldə ediləcək bilik və bacarıqlar
- İxtisas üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
- İxtisas üzrə ən azı bir xarici dildə kommunikaqsiya bacarıqlarına;
- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları kimi biliklərinə;
- Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağrışları müəyyən etmək bacarıqlarına;
- İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
- Məlumatların toplanması və saxlanması və məlumat bazasını yaratmaq bacarığına;
- Komandada iş probleminin həllində ortaq yanaşmaya nail olmaq qabiliyyətinə.
Məzunların iş tapmaq imkanları
Bu proqramın məzunları ixtisas dərəcəsinə uyğun özəl təşkilatlarda, şirkətlərdə, dövlər müəssisələrində, dayanıqlı və yaşıl cəmiyyətə keçid etmək üçün zəruri olan dərin bioekoloji biliklərin tələb olunduğu elmi-tədqiqat institutlarında, laboratoriyalarında və mərkəzlərində, universitetlərdə, müxtəlif sənayesi müəssisələrinin laboratoriyalarında, təbii resursların dəyərləndiriulməsində, ətraf mihitin monitorinqində, meşə ekosistemlərinin qiymətləndirilməsində, bərpa olunan enerji istehsalında və bu kimi ümumsahə kompetensiyaların tələb olunduğu sahələrdə işləyə bilərlər.